BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
43437

Bu ay Azərbaycanda Novruz bayramı qeyd olunacaq.

Hər il olduğu kimi, bu il də bayramla əlaqədar ölkədə bir neçə gün ardıcıl olaraq qeyri-iş günləri elan edilib.

Bu da o deməkdir ki, ölkə vətəndaşları dincəlmək üçün regionlardakı hotellərə üz tutacaqlar. Bəs turizm sənayesi bayrama necə hazırlaşır? Valyuta.az xəbər verir ki, "Report" mövzunu bazar iştirakçıları ilə müzakirə edib.

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi "Report"a bildirib ki, ölkədəki 5 ulduzlu hotellər hələ ki, bayram günləri üçün satış etmir və gözləmə mövqeyindədir.

"Bununla belə, vətəndaşların seçim imkanları çoxdur. Regionlarda alternativ yerləşdirmə vasitələrinin təklifləri artmaqdadırlar - "A frame", "camp" tipli qonaq evləri, kənd evləri, hostellər, ferma və təsərrüfatlar var. Bu növ gecələmələri seçən turistlərin bir çoxunun adətən səyahət məqsədləri daha spesifik olur Misal üçün, şərab sevərlər fermalara, üzüm tarlalarına, emal müəssisələrinə üz tutur, "yaşıl turizm" sevərlər "camp"larda qalmağı xoşlayır, kənd həyatına qatılmaq, mövsümü məhsul yığımında iştirak etmək, ev heyvanlarına qulluq etmək məqsədilə gələn turistlər kənd evlərində qalmağa üstünlük verir", - deyə o qeyd edib.

S.Dübəndinin sözlərinə görə, bayram günlərində əsas turist axını ölkənin bir neçə inkişafda olan destinasiyalarına yönələcək: “Bu destinasiyalar əsas turist yükünü qəbul edirlər. Regional yerləşmə vasitələrinin satışı yüksəkdir. Hazırda görürük ki, 35-100 manat arası iki nəfərlik səhər yeməyi daxil gecələmə xidmətləri bayram günlərinə məhdud sayda olsalar belə yalnız müxtəlif satış platformalarında və digər satış kanallarında mövcuddur”.

Turizm eksperti hesab edir edib ki, bayram günlərində Azərbaycanda daxili turizmlə yanaşı gəlmə və getmə turizm da canlanacaq: “Koronavirus (COVID-19) pandemiyasından öncə Novruz Bayramı münasibətilə ölkəyə xeyli sayda İran, Türkiyə, Rusiya, Gürcüstan turistləri gəlirdilər. Hazırda bu coğrafiya bir qədər dəyişib. Körfəz ölkələrindən və Asiyadan olan turistlər daha yüksək dinamika göstərirlər. Azərbaycanda istirahət edən turistlərin sayı öncəki illərlə müqayisədə artmaqdadır".

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə deyir ki, bayram günlərinda turizm sektorunda qiymətlər adi günlərlə müqayisədə yenə də fərqli olacaq: "Qiymətlər çox yüksək olmasa da, turizm mövsümu olduğu üçün bahalaşma ola bilər. Bu təkcə ölkə daxilində deyil, ölkədə xaricində dincəlməyə də aiddir. Adətən Novruzda vətəndaşlarımız Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edirlər. Bu istiqamətlərdə qiymət fərqi var. Amma daxili turizmdə kimi kəskin fərq yoxdur".

Azərbaycan Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə hesab edir ki, bu il də Novruz bayramı günləri Ramazan ayına təsadüf etdiyindən tətil üçün həm ölkə daxilinə, həm də ölkə xaricinə üz tutanların sayının az olacağını proqnozlaşdırmaq olar: "Orucluğa görə bəzi inanclı insanların səfərlərini təxirə salması və yaxud da onu o qədər də aktiv keçirməməsi mümkündür. Qiymətlərə gəlincə isə, ötən illə müqayisədə kəskin fərq gözləmirəm. Çünki, bunun üçün ciddi əsas yoxdur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin