BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
38837

Yeni ilə sayılı günlər qalıb. Təzə ili bəziləri ölkə xaricində, bəziləri isə rayonlarda qeyd etməyi düşünür. Bölgələrdəki əksər hotellər tətil kampaniyalarını bir ay öncədən elan ediblər.  

Bəs bayram günlərində bölgələrdəki hotellərdə qiymətlər necə olacaq?

Valyuta.az xəbər verir ki, “Qafqazinfo” bununla bağlı kiçik araşdırma apararaq vəziyyətlə maraqlanıb. Məlum olub ki, artıq bəzi məkanlarda yer qalmayıb. Bundan başqa, bir çox hotellərin Yeni il üçün təşkil etdiyi paketlərə əsasən, orada yalnız 1 gün qalmaq mümkün olmayacaq. Bu da təbii ki, qiymətə təsirsiz ötüşmür.

Paket şəklində olan qiymətlər əsasən 2 gecə 3 gün üçün nəzərdə tutulub.

Məsələn, “Qafqaz Riverside Hotel”də 2 nəfər üçün paketin qiyməti dekabrın 30-dan yanvarın 2-nə qədər standart otaqda 1426 AZN-dir. Kinq suit tipli otaqda qalmaq istəsəniz, 3560 AZN ödəməli olacaqsınız. Amma bura 2 yanvardan sonra  üz tutsanız, 1 gün qalmaq üçün 438 manat ödəməli olacaqsınız.  

“Tufandağ”da isə artıq yerlər bron edilib. Burada böyük kateqoriyalar qalıb və qiymət 1476 AZN-dən başlayır. 2 otaqlı VİP kottecdə 2 gecəlik qalmaq üçün 3590 AZN tələb edilir. 

“Qala Hotel Şəki”də isə 2 nəfərlik otağın bir gecəlik qiyməti 270 AZN-dir. 

“Quba Macara Lake Park” hotelin binasında eyni günlər üçün 2 nəfərlik standart otağın qiyməti 1020 AZN, dupleks suit otaq isə 1320 AZN-dir. Kotteclərdə isə qiymət iki nəfər üçün dağ mənzərəli standart otaq götürdükdə 1250, göl mənzərəli standart otaq isə 1450 AZN-dir.

“Quba Palace Hotel”də yeni ili qarşılamaq istəsəniz, 2200 manatınızdan keçməli olacaqsınız. Bu qiymət də 2 nəfərin iki gün qalması üçün nəzərdə tutulub. 

“Lankaran Springs” hotelində eyni günlər üçün 2 nəfərlik gecələmə 1600 AZN-ə başa gələcək. 

“Şahdağ” hotelində xidmətlər 3 günlük paket şəklində təqdim edilir. Lakin artıq bütün yerlər bron edilib. Amma burada da qiymətlər digər lüks hotellərlə eynidir. Məsələn, burada 2 nəfərlik paketin qiyməti 1860 AZN-dir. 

“Basqal”da lüks otaqlarda yer qalmayıb. Standart otaqlarda isə endirim var. Belə ki, 2 nəfər üçün 3 günlük paketin qiyməti 1640 AZN-dir. 

Yeni ili “Shabran Wellbeing Resort”da qarşılamaq istəyənlər isə 31 dekabr - 1 yanvar  tarixlərində bura üz tutsalar, 2 nəfərlik superior tipli otaqlar üçün 1750 AZN ödəməlidir. Deluks suit tipli otaqlarda qalmaq istəyənlər üçün isə bu qiymət 1900 AZN olacaq. 4 nəfərlik ailə otaqları 3600 AZN, 2 nəfərlik kotteclərin qiyməti isə 1900 AZN təşkil edir.

“Şamaxı Sakit Göl”də dekabrın 30-dan yanvarın 2-nə qədər olan paket təklif olunur. Belə ki, 2 nəfər 3 gecə 4 günü standart, dağ mənzərəli otaqda keçirmək istəsəniz, 1150 AZN, deluks otaqda 1250 AZN, göl ərazidə yerləşən suit otaqda isə 1400 AZN ödəməli olacaqsınız. Hotel binasına yaxın ərazidə, göl mənzərəli kottecdə isə bu qiymət 1150 AZN olaraq təklif edilir. 4 nəfərlik kotteclərdə isə qiymət 2300 AZN-dir. Əgər kottecin gölə çıxışı varsa, bu qiymət 2500 AZN olacaq.

Sadaladığımız qiymətlərə müştərilər əsasən gündə 2 dəfə qidalanma ilə şou-proqram, SPA xidmətlərindən yararlana biləcəklər. Bəzi ürəyiaçıq hotellərdə isə azyaşlılar üçün kiçik hədiyyələr də nəzərdə tutulub. 

Məlumat üçün bildirək ki, sonrakı günlərdə, məsələn yanvarın 2-dən 7-nə qədər olan müddətdə sözügedən hotellərdə qiymətlər daha münasibdir. 

Qeyd edək ki, ötən il də Azərbaycanda fəaliyyət göstərən hotellərdə Yeni il ərəfəsindəki qiymətlər haqda kiçik araşdırma hazırlamışdıq. Builki qiymətlərə baxanda az və ya çox bahalaşma hiss etmək mümkündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin