BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
32589

Azərbaycanda turizmin digər sahələri kimi tibbi turizmin də inkişafı istiqamətində bir sıra addımlar atılmaqdadır. Belə ki, sağlamlıq turizmi sahəsində illərə söykənən ənənələri olan ölkəmizdə digər sahələrdə də qonaq qəbuluna hazırlıq gedir.

Bir neçə gün öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin üzvləri arasında görüş keçirilib.

Aparılan müzakirələri “Report”a şərh edən ATTA İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov hesab edir ki, Azərbaycanda tibbi turizmin potensialı böyükdür:

“Bəzən insanlar tibbi turizmlə sağlamlıq turizmini qarışdırır. Əslində isə onlar fərqlidir. Belə ki, tibbi turizmdə əsasən check-up paketləri və hansısa əməliyyatlar nəzərdə tutulur.

Əslində TƏBİB-in niyyəti odur ki, bu xidmətləri xarici vətəndaşlar üçün də həyata keçirsinlər. Çünki Azərbaycandakı dövlət xəstəxanaları ancaq yerli vətəndaşlar üçün bu xidmətləri təklif edirlər. Hazırda ölkədə bəzi özəl xəstəxanalar bu xidməti əcnəbilər üçün təşkil edir. TƏBİB də istəyir ki, bir neçə dövlət xəstəxanası da bu işi xaricilər üçün təşkil etsin. Turizm şirkətlərindən istədikləri budur ki, ölkəyə tibbi xidmətlər almaq məqsədi ilə gələnləri həmin xəstəxanalara yönəltsinlər.

Bu praktika xarici ölkələrdə geniş yayılıb. Məsələn, Türkiyədə elə turizm şirkətləri var ki, onlar sırf tibbi turizmlə məşğul olurlar. Onlardan başqa turizm xidmətləri istədikdə belə almaq mümkün deyil. Belə turizm şirkətlərinin xəstəxanalarla müqavilələri olur və onlar check-up ilə yanaşı əməliyyatlar həyata keçirirlər. Biz də oxşar təcrübəni Azərbaycanda reallaşdırmağa çalışacağıq”.

ATAA rəsmisi ölkəmizdə cəlbedicilik potensialı olan tibbi xidmətlərin sahəsinin getdikcə genişləndiyini qeyd edib:
“Azərbaycan əsasən stomatoloji xidmətlərdən yararlananlar, plastik cərrahiyyə əməliyyatları etdirənlər və saç əkdirmək istəyənlər arasında məşhurdur. Yenə də Türkiyə misalını göstərmək istəyirəm. Antalya bölgəsi stomatoloji və başqa bu kimi tibbi turizm xidmətlərinə görə məşhurdur.

Ölkəmizə də bu xidmətlərdən istifadə etmək üçün gələnlər var. Apardığımız monitorinqlərə görə, əsasən xaricdə yaşayan azərbaycanlılardır ki, onlar yaşadıqları Kanada, ABŞ kimi ölkələrdən Azərbaycana qayıdaraq stomatoloji xidmətlərindən istifadə edirlər. Qiymətlərə görə, Azərbaycanda dişlərin müalicəsi həmin ölkələrdən ən azı 5 dəfə ucuz başa gəlir.

Məncə potensial olaraq Asiya ölkələrindən, xüsusən də Qazaxıstan, Özbəkistan və Qırğızıstan vətəndaşlarının Azərbaycana müalicə üçün gəlmələri mümkündür. Hazırda onlar müalicə və müayinə üçün xaricə gedir. Çünki onlarda səhiyyə sektoru indi-indi formalaşmağa başlayıb. Amma biz bu məsələdə onlardan bir qədər öndəyik. Həmçinin MDB regionundan olan digər ölkələrdən də tibbi turizm üzrə turist cəlb edə bilərik. Əlavə olaraq onu da qeyd edim ki, ərəblərin də xaricdə tibbi xidmətlər almaqla bağlı təcrübəsi var. Onları da ölkəmizə cəlb edə bilərik.

Tibbi turizmin kifayət qədər güclü biznes və gəlir imkanları mümkündür. Yəqin ki, TƏBİB tezliklə hansı xəstəxanalarda tibbi turizm imkanlarının olmasını açıqlayacaq".

Göydəniz Qəhrəmanov vurğulayıb ki, tibbi turizmin həm biznes, həm də Azərbaycanın imici baxımından inkişafı lazımdır: "Türkiyə və ölkələrlə müqayisə aparmaq üçün təcrübə toplamağımız lazımdır. Qardaş ölkənin bu sahədə uzun illərə söykənən kifayət qədər böyük təcrübəsi var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin