BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
31901

2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin müvafiq dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 19,8 faiz artaraq 993,5 min nəfər olub. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana gedənlərin sayı 32,5 faiz, Türkiyəyə gedənlərin sayı 6,4 faiz artıb, İrana gedənlərin sayında isə 24,7 faiz azalma baş verib. 

İqtisadçı ekspert Natiq Cəfərli Valyuta.az-a açıqlamasında bildirib ki, xarici ölkələrə gedən soydaşlarımızın əsasən Rusiyaya axın etməsi həmin istiqamət üzrə hava reyslərin sayının 2,5 dəfə artması ilə bağlıdır:

“Xaricə gedənlərin sayında 20 faizlik artımın olması o qədər də böyük rəqəm deyil. Quru sərhədləri açıq olsaydı, bu artım daha çox olardı. Buna baxmayaraq, xarici ölkələrə gedən vətəndaşlarımızın sayında artım baş verib. Bu da hava daşımaları üzrə reyslərin sayında ciddi artımların olması ilə bağlıdır. Bu reys artımı özünü əsasən də Rusiya istiqamətində göstərib. Tək Rusiya istiqaməti üzrə hava reyslərinin sayı 2,5 dəfə artıb. Həftədə 28-29 reys həyata keçirilir ki, bu da kifayət qədər çoxdur. Reyslərin sayının və hava məkanı üçün açılan şəhərlərin sayının artımı müvafiq olaraq gedənlərin sayının da artımına təsir göstərib”. 

Ekspertə görə, İrana gedinlərin sayında azalmanın olması da təbii və gözlənilən idi: 

“Ora bir tək Tehran reysi işləyir. Zaman-zaman orada da müəyyən problemlər yaşandı. Səfirliyimizə hücumdan sonra oradakı konsulluq fəaliyyətimiz də haqlı səbəblərdən donduruldu. Habelə, İrana getməməklə bağlı Azərbayan hökumətinin çağırışı da oldu”. 

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin