Maskın "OpenAI" və "Microsoft"a qarşı qaldırdığı iddialara ABŞ dəstəyi - "Reuters"
ABŞ antiinhisar tənzimləyiciləri cümə günü İlon Maskın "OpenAI"nin ictimai şirkətə çevrilməsinin qarşısını almaq məqsədilə başladığı məhkəmə işinə dair mövqelərini açıqlayıblar.
Valyuta.Az xəbər verir ki, tənzimləyicilər, "OpenAI" ilə "Microsoft"un rəqabət əleyhinə davranışlarda iştirak etdiyini iddia edən hüquqi arqumentlərə diqqət çəkiblər.
ABŞ Federal Ticarət Komissiyası ("FTC") və Ədliyyə Nazirliyi ("DOJ") iş üzrə birbaşa mövqe bildirməsələr də, Kaliforniyanın Oklend şəhərində çərşənbə axşamı keçiriləcək dinləmə öncəsi bəzi hüquqi aspektlərlə bağlı analiz təqdim ediblər. Elon Musk "OpenAI"nin həmtəsisçisi olmaqla yanaşı, "xAI" adlı süni intellekt startapına da sahibdir.
"Microsoft"un sözçüsü məsələ ilə bağlı şərh verməkdən imtina edib.
"OpenAI"nin nümayəndəsi isə şirkətin məhkəmə sənədinə istinad edərək bildirib ki, iddiada kifayət qədər sübut yoxdur və bu proses yalnız təzyiq yaratmaq məqsədi güdür.
Maskın vəkili Mark Toberoff deyib: “DOJ və FTC-nin iştirak etməsi, tənzimləyici orqanların "OpenAI" və "Microsoft"un qanun pozuntularını nə qədər ciddi qəbul etdiyini göstərir.”
"FTC" hazırda süni intellekt sahəsində əməkdaşlıqları, o cümlədən "Microsoft" və "OpenAI" arasındakı tərəfdaşlığı araşdırır. Komissiya həmçinin "Microsoft"un rəqabət əleyhinə davranışlarını və "OpenAI"nin istehlakçı hüquqlarını pozub-pozmadığını qiymətləndirir.
Musk iddia edir ki, "OpenAI" antiinhisar qanunlarını pozaraq investorları rəqib süni intellekt şirkətlərinə investisiya qoymamaq şərti ilə razılaşmağa məcbur edib. O, həmçinin "OpenAI"nin idarə heyəti üzvlərini "Microsoft"la bölüşərək rəqabətə zərər verdiyini vurğulayıb.
"OpenAI" bu iddiaları əsassız adlandıraraq bildirib ki, "Microsoft"un idarə heyəti üzvü Reyd Hoffman (Reid Hoffman) və müşahidəçi statusunda olan nümayəndə Dinna Templton (Dina Templeton) artıq "OpenAI" ilə əlaqəli deyillər.
Lakin "FTC" və "DOJ" bildirir ki, idarə heyətindən ayrılmış şəxslər belə, rəqabətə həssas məlumatlara malik ola bilərlər. Tənzimləyici qurumlar vurğulayıblar ki, müşahidəçi statusu da qanundan azad olunmur.
Musk həmçinin iddia edir ki, "OpenAI" rəqiblərinə qarşı kollektiv investor boykotuna səbəb olub. "FTC" və "DOJ" qeyd edirlər ki, belə iddialar boykotu təşkil edən şəxsin iştirakçı olub-olmamasından asılı olmayaraq hüquqi əsaslara malikdir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay