Stiv Cobsun dahiyanə işə qəbul və yüksəliş strategiyası: "Rəhbər olmaq istəməyənləri rəhbər et"
Müasir texnologiya sahəsində ən böyük yeniliklərə imza atan Stiv Cobs dünyadan köçsə də, onun rəhbərlik prinsipləri həm işçilər, həm də menecerlər üçün dərin izlər buraxıb. "Apple"ın təsisçilərindən biri olaraq Cobs liderlik haqqında qeyri-adi fikirləri ilə tanınıb.
Valyuta.az "Fortune"yə istinadən xəbər verir ki, Cobs və "Apple"ın digər qurucuları, o cümlədən Stiv Voznyak şirkətin böyümək potensialını anladıqlarında "peşəkar idarəetmə" adlı yanaşmanı tətbiq etməyə qərar veriblər. Bu, insanları necə idarə edəcəyini bilən şəxsləri işə götürməkdən ibarət idi. Lakin bu yanaşma qısa müddət ərzində uğursuzluğa düçar olub.
Cobs 1980-ci illərin ortalarında verdiyi müsahibədə bu barədə belə demişdi:
"Bu, heç işləmədi. Onların əksəriyyəti axmaqlıq idi. İdarəetməyi bilirdilər, amma heç nə yaratmaq bacarıqları yox idi".
Ən yaxşı rəhbərlər kimlərdir?
Cobs hesab edirdi ki, ən yaxşı rəhbərlər əslində lider olmağı arzulamayan insanlardır. Onun fikrincə, belə şəxslər öz sahələrində peşəkar bilikləri ilə həmkarlarına daha çox şey öyrədə bilirlər.
"Ən yaxşı rəhbərlər heç vaxt rəhbər olmaq istəməyən, amma heç kimin onların gördüyü iş qədər yaxşı nəticə verə bilməyəcəyini düşündükləri üçün rəhbərliyi qəbul edən istedadlı insanlardır", deyə Cobs müsahibəsində vurğulayıb.
O, bu fikirlərini həyata keçirmək üçün "Macintosh" komandasında risk etmiş və 32 yaşında olan Debi Kolmanı irəli çəkmişdi. Ədəbiyyat üzrə təhsil almış Kolman Stanford Universitetindən MBA dərəcəsi əldə edərək maliyyə idarəçiliyində bacarıqlarını sübut etmişdi.
Kolman 1980-ci illərdə verdiyi müsahibədə demişdi:
"Başqa heç bir şəxs mənə belə bir əməliyyatı idarə etmək üçün şans verməzdi. Bu, həm şəxsi, həm də peşəkar baxımdan böyük risk idi".
Daha sonra Kolman "Apple"ın maliyyə direktoru olub və Silikon Vadisinin ən görkəmli texnologiya menecerlərindən biri kimi tanınıb. O, 2021-ci ildə dünyasını dəyişib.
Birlikdə daha yaxşı işləmək
Cobsun rəhbərlik fəlsəfəsinin başqa bir əsas prinsipi əməkdaşlıq ruhunu yaratmaq və işçiləri "ortaq bir vision" ətrafında birləşdirmək idi. O, liderliyin əsasını "vizionu ifadə etmək və bu vizionu digərləri ilə paylaşmaq"da görürdü.
2010-cu ildə D8 konfransında etdiyi çıxışda Cobs belə demişdi:
"Komanda işi inam üzərində qurulub. İnsanlar nəzarət edilmədən belə öz işlərini vicdanla yerinə yetirəcəklərinə inanmalıdırlar".
Düzgün insanları işə almaq
Cobs işə qəbul prosesini "Apple"da prioritet hesab edirdi. Onun axtardığı şəxslər işi yaxşı bilən, lakin mütləq təcrübəli olmayan peşəkarlar idi. O, texnologiya ilə böyük nəticələr əldə edə biləcək və bu nəticələri daha geniş auditoriyaya çatdırmaq istəyən işçilər axtarırdı.
1980-ci illərin ortalarında verdiyi bir müsahibədə bu barədə belə deyirdi:
"Ən yaxşısı, 10 nəfərlik möhtəşəm bir qrupunuz olanda baş verir. Bu insanlar komanda üzvlərinin seçilməsində özləri qərar verməyə başlayır. Mənim əsas işim işə qəbul prosesini düzgün həyata keçirməkdir"
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay