“Samsung” və “Apple”a rəqib ucuz Çin texnologiyası - Rəqabət necə davam edəcək?
"Samsung", "Apple" kimi texnologiya nəhənglərinin Azərbaycanda bazar payı azalır. Bundan başqa iddia edilir ki, "Samsung" və "Apple" məhsullarını qlobal bazarda artıq Çin məhsulları əvəzləyir. Bir vaxtlar telefon nəhəngləri olan markalar yeni texnologiyalar sayəsində bazardan çıxarıldı. "Samsung" və "Apple"ı da eyni aqibət gözləyə bilər? Niyə alıcıların bu markalara marağı azalıb? Səbəb təkcə ucuzluqdur, yoxsa artıq bu məhsullar həmin brendləri əvəzləmək gücündədir?
Mövzu ilə bağlı Valyuta.az-a danışan İKT eksperti Vahid Qasımov deyib ki, istər bizim, istərsə də qlobal bazarda texnologiya nəhənglərinin payının azalması çox inandırıcı gəlmir:
“Çünki premium brend cihaz alıcılarının brendə sədaqəti məsələsi mövcuddur. Premium brend istifadəçisi başqa bir premium brendə keçid edə bilər, amma brenddən, ya da premium sinifdən imtina etməz. Bu cəhətdən texnologiya nəhənglərinin çox sayda müştəri itirəcəyinin ehtimalını vermirəm”.
Vahid Qasımovun sözlərinə görə, Çin məhsulları bazarda get-gedə payını artırır:
“Bu, daha çox hələlik aşağı büdcəli seqmentdə baş verir. Amma əminlikdə qeyd edə bilərik ki, Çin məhsullarının keyfiyyəti heç də digər brendlərin eyni qiymət kateqoriyasında olan məhsullarından geri qalmır. Bundan başqa, Çin məhsulları hazırda keyfiyyət cəhətindən yox, ancaq brend tanınmışlığı və populyarlığı cəhətindən geri qalmaqdadır”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay