"Chrome" və digər brauzerlərdə təhlükəli zəifliklər aşkarlandı: Necə aradan qaldırmaq olar?
"Chrome", "Firefox" və ya digər "Chromium" əsaslı brauzerlərdən istifadə edirsinizsə, dərhal yeniləmə etməyiniz tövsiyə olunur. Çünki bu həftə buraxılmış yeniləmələr bir neçə ciddi təhlükəsizlik zəifliyini aradan qaldırır.
Valyuta.az xəbər verir ki, bu barədə ZDNet məlumat yayıb.
"Google Chrome" istifadəçilərinə brauzeri bu versiyalara qədər yeniləmək tövsiyə edilir:
* Windows və macOS: 31.0.6778.264/265
* Linux: 131.0.6778.264
Bu yeniləmələrdə dörd təhlükəsizlik zəifliyi aradan qaldırılıb. "Google" bu zəifliklərdən birini aşkar edənlərə 55 min dollar məbləğində mükafat ödəyib.
"Mozilla Firefox"un 134-cü versiyası da 11 təhlükəsizlik zəifliyini aradan qaldırır. Onlardan üçü "yüksək riskli" olaraq qiymətləndirilib. Zəifliklərdən biri hətta "Android" üçün mobil "Firefox" brauzerini də əhatə edir.
"Microsoft Edge", "Brave" və digər "Chromium" əsaslı brauzerlərin istifadəçilərinə də yeniləmə yoxlaması tövsiyə olunur. Bunu etmək üçün menyudan "Yardım" - "Brauzer haqqında" bölməsinə keçid edərək yeniləmələri yoxlaya bilərsiniz.
Brauzerinizin təhlükəsizlik yeniləmələrini vaxtında etmək vacibdir, çünki bu zəifliklər hakerlər tərəfindən şəxsi məlumatların oğurlanması və digər kibertəhlükəsizlik hücumları üçün istifadə edilə bilər.
"Google"un 2024-cü il üçün "Chrome" üçün ən yaxşı 12 genişlənməni seçdiyi bildirilir. Bu genişlənmələr məhsuldarlığı artırmaq, tapşırıqları təşkil etmək və brauzerin fərdiləşdirilməsi üçün nəzərdə tutulub.
Eyni zamanda, bəzi məlumatlara görə, "Google" rəqabəti bərpa etmək üçün "Chrome"u satmağa məcbur ola bilər. Şirkət bazarda üstünlük təşkil etməsi səbəbilə antimonopoliya qaydalarını pozmaqda günahlandırılır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay