BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7948
  • RUB
    1.7
  • TRY
    0.0488
  • GBP
    2.1672
61212

Şəxsi Məlumatların Qorunması Qurumu ("KVKK"), uşaqların istifadə etdiyi hesablarla bağlı "Meta" şirkətinə, 6698 saylı Şəxsi Məlumatların Qorunması Qanununun müddəalarını pozduğu üçün 11 milyon 500 min lirə məbləğində inzibati cərimə tətbiq edib.  

Valyuta.Az xəbər verir ki, qurumun qərarına əsasən, 18 yaşdan aşağı istifadəçilərin açdığı gizli "Instagram" hesablarının kommersiya hesabına çevrilməsi və bu yolla hər kəsin həmin hesabları görə bilməsinə şərait yaradılması səbəbilə uşaqların şəxsi məlumatlarının və məxfiliyinin pozulduğu iddiaları üzərində araşdırma aparılıb.  

Araşdırma nəticəsində, "Instagram" kommersiya hesablarındakı elektron poçt ünvanı və telefon nömrələrinin "Instagram"ın HTML mənbə kodunda yer aldığı və bu məlumatların hər kəs tərəfindən əldə oluna biləcəyi müəyyən edilib. Bu, uşaqların onlayn təhlükələrə qarşı müdafiəsiz qalmasına səbəb olub.  

"Meta"nın, məlumat təhlükəsizliyini təmin etmək üçün texniki tədbirləri kifayət qədər tətbiq etmədiyini qeyd edən "KVKK", uşaqların şəxsi məlumatlarının hər kəs tərəfindən əldə edilə bilməsinin onlar üzərində mənfi təsir göstərə biləcəyini bildirib.  

Bu səbəblə, "KVKK", məlumat təhlükəsizliyini təmin etmək üçün lazımi texniki və inzibati tədbirləri almayan və qanunvericilik çərçivəsində bildiriş öhdəliyini yerinə yetirməyən "Meta"ya 2 milyon 500 min lirə cərimə kəsib.  

Bundan əlavə, uşaqlara məxsus gizli "Instagram" hesablarının kommersiya hesabına çevrilməsi prosesində yaş kriteriyasının yoxlanılmaması və valideynlərin məlumatı və nəzarəti əsasında keçid üçün heç bir tədbirin görülməməsi səbəbilə "Meta"ya əlavə olaraq 9 milyon lirə cərimə tətbiq edilib.  

Beləliklə, Türkiyədə 50 milyondan çox istifadəçisi olan "Meta"ya ümumilikdə 11 milyon 500 min lirə cərimə kəsilib.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Azərbaycan nefti ardıcıl üç gündür bahalaşır

Qızılın qiyməti 2 750 dollara yaxınlaşıb

Abşeronun və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Bank borcunu "sildirmək" neçəyədir?

Manat avro, rubl və lirə qarşısında gücləndi - Məzənnə

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi

Heydər Əliyevin vəfatından 21 il ötür

Bayden 14 milyard dollarlıq satışa mane olacaq

Almaniya Ukraynaya 37 milyard avro yardım edib - Avropada lider...

AYNA məhkəməlik oldu

2024-də turistlərin ən çox axtardığı ölkə və şəhərlər: Türkiyə liderdir

100 min dollardan çox illik maaş - Diplomsuz işçilərin ən çox qazana biləcəyi sahələr

Rusiyada ixtisaslı kadr çatışmazlığı 1,5 milyon nəfərə çatır

"Qərb Ulduzu" məhkəməyə verildi

"Nvidia" böhranı: Süni intellekt kriptovalyutalarında böyük itkilər

"Holcim" gömrük qaydalarını pozub

ABŞ-da inflyasiya göstəriciləri açıqlanıb

ABŞ-da inflyasiya göstəriciləri açıqlanıb

ABŞ-dan Çin və Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar

"Coca-Cola" və "Pepsi" uşaqlarda asılılıq yaradırmı? - Məhkəmə iddiası

Azərbaycanda əkilən tütün niyə daxili bazara yox, xarici bazara hesablanıb?

Türkiyədən "Meta"ya 11 milyonluq cərimə

Avropada yeddi süni intellekt fabriki qurulacaq - "Bloomberg"

Avropa Komissiyasının 2025-ci ildə 160 milyard avroluq planı - "Bloomberg"

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Xalq Sığorta" birinci yerdə

"OPEC"in neft bazarında tarazlıq strategiyası

Bu şirkət nizamnamə kapitalını 1000 dəfə azaldır

"Kapital Bank"ın rəhbərliyində dəyişiklik olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin