"Google"un yeni kvant çipi kripto üçün təhlükəlidirmi?
"Microsoft"dan "IBM"ə qədər bir çox şirkət son illərdə kvant texnologiyaları üzərində çalışdığı halda, "Google" da bu sahədə yeni bir çip təqdim edib.
Valyuta.Az xəbər verir ki, dünən edilən açıqlamaya əsasən, adi kompüterin həll etməsi üçün kainatın yaranma müddəti qədər vaxt tələb edən problemləri 105 kubit gücündə olan "Willow" çipi cəmi 5 dəqiqədən az müddətdə həll edir.
"Bitcoin"in təhlükəsizliyini poza bilərmi?
Uzun illərdir ki, Bitcoin başda olmaqla kriptovalyutaların təhlükəsizlik infrastrukturundakı şifrələmə mexanizmlərinin kvant kompüterləri tərəfindən sındırıla biləcəyi iddia olunur. Lakin texnologiya investorlarından biri və "Google"un keçmiş rəhbərlərindən Kevin Rouz (Kevin Rose) bunun hələlik mümkün olmadığını bildirib:
"Willow, Bitcoin sistemini poza bilərmi? "Bitcoin"in şifrələmə infrastrukturunu sındırmaq üçün tələb olunan güc 24 saat ərzində 13 milyon kubitdir. Lakin "Google"un Willow çipi cəmi 105 kubit gücünə malikdir... Təbii ki, bu çox mühüm bir nailiyyətdir, lakin irəlidə hələ uzun bir yol var."
Xatırladaq ki, "Ethereum"un qurucusu Vitalik Buterin də bir müddət əvvəl bu mövzuya toxunaraq kvant inkişaflarına qarşı "Ethereum" üçün də "hard-fork"un lazım ola biləcəyini bildirmişdi.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay