"SpaceX" Yaponiyada hazırlanmış dünyanın ilk taxta peykini kosmosa göndərdi (VİDEO)
Ay və Marsın tədqiqində ağacdan istifadənin ilkin sınaqları çərçivəsində yapon tədqiqatçıları tərəfindən qurulan dünyada ilk taxta peyk noyabrın 5-də kosmosa buraxılıb.
Valyuta.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Kyoto Universiteti və tikinti şirkəti "Sumitomo Forestry" (1911.T) tərəfindən hazırlanmış "LignoSat" "SpaceX "missiyasının bir hissəsi olaraq Beynəlxalq Kosmik Stansiyaya çatdırılıb və daha sonra Yerdən təxminən 400 km yüksəklikdə orbitə buraxılıb.
Bildirilir ki, peyk latın dilindən "ağac" mənasını verən sözündən götürülüb. "LignoSat" insanlar kosmosda həyatı araşdırarkən bərpa olunan materialın kosmik potensialını göstərmək məqsədi daşıyır.
Kosmik gəmidə uçan və Kyotoda insanın kosmos fəaliyyətini araşdıran astronavt Takao Doi deyib: "Özümüz istehsal edə biləcəyimiz bir material olan taxtanın köməyi ilə evlər tikə, əbədi olaraq kosmosda yaşaya və işləyə biləcəyik".
Xüsusilə, Doi komandası ağacın kosmik səviyyəli bir material olduğunu sübut etmək üçün NASA tərəfindən sertifikatlaşdırılmış taxta peyk hazırlamağa qərar verib.
"1900-cü illərin əvvəllərində təyyarələr ağacdan hazırlanırdı. Taxta peyk də işləyə bilər", deyə Kyoto Universitetinin meşə təsərrüfatı professoru Koji Murata vurğulayıb.
O, ağacın kosmosda Yerdəkindən daha uzun müddət dayana biləcəyini izah edib, çünki orada onu korlayan su və ya oksigen yoxdur. Tədqiqatçıların fikrincə, taxta peyk də ətraf mühitə minimal təsir göstərəcək.
Doi qeyd edib ki, adi metal peyklər atmosferə girərkən alüminium oksid hissəcikləri yaradır, lakin taxta peyklər sadəcə olaraq yanır və daha az çirklənməyə səbəb olur:
"Gələcəkdə metal peyklərə qadağa qoyula bilər. Əgər ilk taxta peykimizin işlədiyini sübut edə bilsək, onu İlon Maskın "SpaceX" şirkətinə təklif etmək istəyirik".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay