BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
58932

Pandemiya dövründə texnologiya startaplarına geniş miqyasda sərmayə qoyan "Coatue Management" hedc fondu, süni intellektə yönəlmiş şirkətləri dəstəkləmək məqsədilə 1 milyard dollar vəsait toplamağı planlaşdırır. 

Valyuta.az xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" yayımlayıb.

Şirkətin əsas fonduna gələcək bu maliyyənin əsas hissəsi institusional investorlar* tərəfindən təmin ediləcək. Bununla yanaşı, "Raymond James and Associates" brokerlik şirkətində hesabı olan yüksək gəlirli şəxslər də "Coatue"ya investisiya qoya biləcəklər.

"PitchBook"un məlumatına əsasən, hazırda idarəsində təxminən 50 milyard dollar olan "Coatue", 2021-ci ildə 170-dən çox startapa sərmayə yatırmışdı. Bununla belə, "Coatue" 2022-ci ildə 81, 2023-cü ildə isə təxminən 30 şirkəti dəstəkləyərək investisiya tempini xeyli azaltdı.

Buna baxmayaraq, "Coatue" özəl şirkətlərə yatırımlarına son qoymayıb. 2024-cü ildə fond artıq 29 startapa dəstək verib. Şirkətin son süni intellekt yönümlü yatırımları arasında "Glean", "Scale AI" və ümumi məqsədli süni intellekt robotu yaradan "Skild AI" də yer alır. "Coatue"nun təsisçisi Filip Laffont süni intellektlə işləyən humanoid robotların xüsusilə maraqlı olduğunu qeyd edib.

* İnstitusional investor - Müştərilərinin adından maliyyə bazarı alətlərinə böyük həcmdə investisiya edən maliyyə institutları. 

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dünya Qızıl Şurası"nın 2025-ci il üçün qiymət proqnozları

Türkiyə qlobal kripto birjasına girişi məhdudlaşdırdı

Bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dünyanın ən zəngin insanları - "Forbes"

Dünyanın ən zəngin insanları - "Forbes"

Keçmiş işçisi "Piramida Tunel İnşaat"ı məhkəməyə verdi

"Korean Air" "Asiana Airlines" şirkətini alaraq öz filialına çevirib

Bu il kripto birjasına nə qədər vəsait yatırılıb? - "Binance" CEO-su açıqladı

Avropa İttifaqı sanksiyalardan 1,5 trilyon avro itirib

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Avropa İttifaqının Rusiyaya XV sanksiya paketi - "Kölgə donanması"

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

“Time” jurnalı Trampı “İlin adamı” elan edib

İstanbulda bir ay yaşamaq neçəyə başa gəlir? - MƏBLƏĞ

"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Bu gün banklara 70 milyon dollar satılıb

"Rosneft" və "Reliance" ən böyük neft müqaviləsini imzaladı - İldə 13 milyard dollar...

Yaxın günlərdə Balakən qatarları fəaliyyətə başlayacaq

Xarici ticarətdə müsbət saldo son iki ildə kəskin azalıb - Rəqəmlər

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib

Özəl sektorda çalışanlar dövlət sektorundan çoxdur - Rəsmi

Daha 467 sahibkar cərimələndi

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Daha 2 ölkə Şengen zonasına qoşuldu

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi (YENİLƏNİB)

"Alfa-N Company" məhkəmə qarşısında

7 ildə Azərbaycanda cəmi 3 plastik cərrah məzun olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin