BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
45803

"Microsoft" və "Quantinuum" yeni texnologiya ilə kvant kompüterlərinin səhvlərini minimuma endirməyi bacardıqlarını açıqlayıb.

Valyuta.az xəbər verir ki, kvant kompüterləri ənənəvi cihazlarla müqayisədə həm performans, həm də sürət baxımından böyük vədlər verir. Ancaq çoxlu səhvlərə yol verməsi yeni texnologiyanın qarşısındakı ən böyük maneələrdən biridir. Tədqiqatçılar lazım olduğundan daha çox qubit (Quantum bit) əlavə və səhvlərin düzəldilməsi üsullarından istifadə etməklə bu problemi aradan qaldırmağa çalışırlar. Kvant bitləri mənasını verən qubitlər kvant kompüterlərində əsas məlumat vahidini təmsil edir. Klassik kompüterlərdəki bitlər 0 və ya 1 kimi yalnız iki vəziyyətdən birində olursa, qubitlər eyni anda birdən çox vəziyyətdə ola bilər. Supermövqe adlanan bu fenomen kvant hesablamalarının əsasını təşkil edir.

Ətrafdakı ən kiçik dəyişikliklə belə səhvlərə yol verən qubitlərin bu problemini həll etmək üçün "Microsoft", "Quantinuum"un fiziki qubitlərinə yazdığı səhv düzəliş alqoritmini tətbiq edib. Nəticədə 30 fiziki qubitdən 4 qubit əldə olunub. Qubit virtualizasiya sistemi adlanan bu üsulla tədqiqatçılar kvant kompüterində heç bir səhvsiz 14 min təcrübə həyata keçirdiklərini açıqlayıblar. Digər testlərlə elm adamları səhv nisbətinin 100 mindəbir olduğunu təyin ediblər.

"Microsoft"un strateji əlaqələr və texnologiyalar üzrə vitse-prezidenti Ceyson Zander "Reuters"ə açıqlamasında, "Biz bir səhv olmadan 14 mindən çox ayrı-ayrı təcrübə keçirdik. Bu, qeydə alınmış hər şeydən 800 dəfə yaxşıdır" - sözlərini söyləyib. 

"Microsoft" yaxın aylarda bu texnologiyanı bulud hesablama müştərilərinə təqdim etməyi planlaşdırdığını bildirib.

"Quantinuum"un kompüter mühəndisləri və "Microsoft"un alimlərindən ibarət komanda işlərini təfərrüatlandıran məqalə də dərc edib. Kvant kompüterləri sağlamlıq, ətraf mühit və süni intellekt kimi müxtəlif sahələrdə böyük irəliləyişlərə yol açmaq potensialına malikdir. Həm performans, həm də sürət baxımından klassik kompüterləri çox üstələyə bilən bu texnologiya, mövcud cihazlarla milyonlarla il çəkəcək elmi hesablamaları daha tez həll edə bilər. Məsələn, kimyəvi reaksiyaların necə baş verdiyini modelləşdirmə potensialına malik olan kvant hesablamaları dərmanlar hazırlayarkən laboratoriyada reaksiyaların aparılması ehtiyacını aradan qaldıra bilər.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin