BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
44745

 Honkonqun Insilico Medicine şirkəti bildirib ki, onun süni zəkanın köməyi ilə yaratmış olduğu dərman preparatının insanlar üzərində kliniki testlərinə icazə verilib. Məlumatda qeyd edilib ki, süni zəkanın köməyilə yaradılmış dərman preparatı idiopatik ağciyər fibrozu xəstəliyinin müalicəsi üçün nəzərdə tutulub. 

Dərman hal-hazırda ABŞ və Çindəki xəstəxanalarda ümumilikdə 60 nəfər pasient üzərində test edilir. Insilico Medicine şirkəti bildirib ki, sözügedən dərman preparatının hazırlanmasına cəmi 18 ay vaxt sərf edilib. Adətən isə yeni dərman preparatlarının hazırlanmasına illərlə zaman lazım olur. İdiopatik ağciyər fibrozu xəstəliyi yüksək yaş kateqoriyasına daxil olan insanların həyatlarına son qoyur və bu xəstəliyin təbiəti barəsində hələ də bir məlumat yoxdur.

     Bu xəstəliklə üz-üzə gələn insanlar ağciyər çatışmazlığından əziyyət çəkirlər və nəticədə həyatlarını itirirlər. Honkonqda 2012-ci ildə Aleksandr Aleksandroviç Javoronkov tərəfindən təsis edilmiş Insilico Medicine şirkəti öz fəaliyyətinin əvvəlindən molekulların sintezi üçün generativ süni zəka modellərindən istifadə etməyə başlayıb. İlk öncə tədqiqatçılar fərdi süni zəka platformasında alqoritmə ağciyərlərdə destruktiv proseslərdən cavabdeh olan hədəflərin təyin edilməsini öyrədiblər. Bunun üçün fibroz barəsində olan məlumatlardan istifadə edilib. Bu xəstəlik toxumaların qalınlaşmalarına və ya onlarda yara izlərinin əmələ gəlməsinə şərait yaradır. Bu isə öz növbəsində ağciyərlər də daxil olmaqla digər orqanların elastikliklərini aşağı salır.

     Fibroz xroniki iltihablara gətirib çıxaran qocalma prosesi ilə sıx əlaqəlidir. Tədqiqatçıların aparmış olduqları analiz nəticəsində TNIK adlı zülal müəyyən edilib və bu zülal əsas antifibrotik hədəf qismində çıxış edib. Növbəti mərhələdə lazımi dərman preparatının hazırlanmasına namizəd olan 80 ədəd molekulun yaradılması üçün generativ kimyəvi alqoritmdən istifadə edilib. 80 ədəd namizəd arasında mütəxəssislər INS018_055 adlı inhibitoru (fizioloji və fiziki-kimyəvi proseslərin gedişini ləngidən və ya saxlayan maddələrin ümumi adıdır) seçiblər. Nəticədə bu inhibitor əsasında müvafiq dərman preparatı hazırlanıb və onun farmokoloji özəllikləri 60 nəfər pasient üzərində yoxlanılır.

© technote.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Mühüm açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin