BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
44375

Ağıllı cihazların sayı artdıqca, onların inkişafı irəlilədikcə, insanlar ağıllı evlərə daha çox üstünlük verirlər. Həm təhlükəsizlik, həm qənaət, həm də komfort baxımından bu evlərə üstünlük verənlərin sayı durmadan artmaqdadır. Dünyada bu proses uzun müddət əvvəl başlasa da, ölkəmizdə də bu evlərdən istifadə edənlərin sayı son zamanlar artıb. Ümumiyyətlə, Azərbaycan bazarında ağıllı evlərə tələb necədir?

Bu barədə Valyuta.az-a danışan Elsmart şirkətinin qurucusu Elşad Hüseynov bildirib ki, artıq Azərbaycan öz ağıllı evini istehsal edir. Bu da onu göstərir ki ağıllı evlərə maraq artıb: " 10 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstəririk. O vaxtla bu günü müqayisə edək. 2019-cu ildə bizim şirkət tərəfindən 200-dən çox ağıllı ev quraşdırılmışdırsa, 2023-ci ildə bu rəqəm 400 civarında olub. Bu il isə bizim bağladığımız bir müqavilədə 432 mənzil var ki, bunlara ağıllı ev sistemi quraşdıracağıq. Bu, o deməkdir ki, 2024-cü ilin ilk üçü ayını 2019-cu illə müqayisə edən zaman, bu tipli evlərə üstünlük verənlərin nə qədər artdığını görərik”. 

E.Hüseynov smart cihazların sayının çoxaldıqca ağıllı evlərə olan marağın da günü-gündən artdığını qeyd edir:

“İstənilən kondisoneri evdə olan internetə bağlayaraq telefon üzərindən istifadə etmək mümkündür. Alternativ olaraq, smart TV-ləri də eyni üsulla idarə etmək olur. İnsanlar buna vərdiş etdikcə bu hal adiləşir və insanların zövqünü oxşayır ki, onu kənardan telefonla idarə edə bilir. Bəzi insanlar üçün bu maraq dairəsi, bəziləri üçün isə ehtiyacdır. Evdə olmadığı müddətdə nələrisə unudarsa, bunu rahatlıqla idarə edə bilir".

E.Hüseynov deyir ki, insanlar ağıllı evlərdə əsasən təhlükəsizlik sistemlərinin quraşdırılmasına üstünlük verirlər: "Çünki, mülkin qorunması, kənar müdaxilə və ən əsası evdə uşaqlar, yaşlılar tək qalan zaman təhlükəsizliyi tam təmin etmək üçün ağıllı evlər çox əlverişlidir. Ağıllı ev sistemlərinin əlavə bölməsi də var. Bura pərdələrin, musiqi sistemlərinin idarə olunması və digər funksionallıqlar var. Məsələn, süni intellektin səsli idarə etmə vasitəsilə bir çox cihazları vahid nöqtədən idarə etmək olur. Məsələn, xoş gəlmisiniz sözünün altına işıqların sönməsi, yanması, pərdələrin, nəfəsliklərin açılması, evdə isitmə, soyutma sistemlərinin işə düşməsi kimi bir çox ssenariləri bağlamaq mümkündür. Bütün bunların hamısı ümumilikdə ağıllı evin bir parçasıdır. İnsanlar da bunu günlük həyatlarında isfitadə edirlər. Ağıllı ev quraşdıran şəxslər əsas üstünlüyü təhlükəsizliyə versələr də, bu nüanslar da onlar üçün maraqlıdır”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin