BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
31846

ABŞ-ın ən yaxşı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu (MIT) dünyada vaxtilə istehsal edilmiş uğursuz texnoloji məhsulların siyahısını açıqlayıb.

Valyuta.az xəbər verir ki, onların arasında məşhur şirkətlərin məhsulları da yer alır.

“Samsung Galaxy Note 7” - Bomba effektli telefon

Yaxın keçmişdə gördüyümüz və Cənubi Koreya texnologiya nəhəngi “Samsung” üçün böyük dəyər itkisinə səbəb olan hadisə. Təəssüf ki, sözügedən telefonunun qəfil partalaması ilə bağlı bir neçə şikayətdən sonra şirkət gülüş obyektinə çevrildi. Məsələ burasındadır ki, “Galaxy Note 7” seriyalı telefonların batareyaları həddindən artıq qızırdı və partlayırdı. Nəticədə şirkət bu seriyalı smartfonların istehsalını dayandırdı və 2,5 milyon telefonu geri çağırmalı oldu.

“Volkswagen”in hiyləsi

Alman avtomobil istehsalçısı “Volkswagen” markasında Amerika Ətraf Mühitin Mühafizəsi Agentliyi tərəfindən fırıldaqçı proqram təminatını aşkar edildi. Nəticədə şirkət böyük qalmaqala səbəb oldu. Bu hiylə “Volksvagen”ə 14,7 milyard dollara başa gəldi. Həmçinin 8,5 milyon avtomobili geri çağırmalı oldular. Məsələ bu idi ki,  dizellə işləyən avtomobillərdə quraşdırılmış proqram təminatı ətraf mühiti daha az çirkləndirirmiş kimi göstərirdi. Amma Amerikanın hava çirklənməsini ölçən cihazları bu yalanı üzə çıxarmış və hiylələri şirkətə baha başa gəlmişdi. 

“Lumosity” yalanı

Silikon Vadisində yerləşən “Lumos Labs”ın böyük reklamlarla "məktəbdə müvəffəqiyyət" və "ağıl narahatlıqlarının həlli" iddiaları ilə başlatdığı onlayn zəka oyunları və yaddaş testlərinin heç bir faydası olmadığı ortaya çıxdı. Onlayn bazardakı zəka oyunlarını təftiş edən mütəxəssislər “Lumosity” adlı tətbiqin beynin inkişafına heç bir təsirinin olmadığını aşkar ediblər. Federal Ticarət Komissiyası, reklamları vasitəsilə yaşla bağlı idrak zəifliyi olanların emosiyalarından istifadə etdiyi əsası ilə sözügedən şirkəti iki milyon dollar məbləğində cərimələmişdi.

Feysbukda yayılan yalan xəbərlər 

Dünyada 1,7 milyard istifadəçisi olan sosial media platforması Feysbukun məzmun axınında sürətlə yayılan saxta xəbərlər şirkəti çətin vəziyyətə saldı. Almaniya Sosial Demokrat Partiyasının (SPD) Bundestaq Qrupunun sədri Tomas Oppermann, sözügedən saxta xəbərlərlə bağlı, "Facebook”, yalan olduğu sübut edilən xəbərlərin tez bir zamanda silinməsi və ya düzəldilməsi üçün məsuliyyət daşımalıdır" - sözlərini söyləmişdi. Ancaq İcraçı direktor Mark Zukerberq öz şirkətini müdafiəsi üçün açıqlamasında “Facebook”un media qurumu olmadığını bildirmiş və istifadəçilərin yazılarının prezident seçkiləri kimi mühüm hadisələrə təsir etməsi fikrini gülünc adlandırmışdı.

Heç kim ağıllı saatlardan istifadə etmir!

Baş ofisi ABŞ-da yerləşən bazar araşdırması şirkəti olan “International Data Corporation” “Apple”in ağıllı saatı “Apple Watch”un satışlarının gözləniləndən çox aşağı olduğunu açıqlayıb. Ağıllı saatlar bazarından narazı qalan yeganə marka “Apple” deyildi . Motorola tələb olmadığı üçün “Moto 360”ın, həmçinin “Pebble” də öz smart saatlarının istehsalını, tanıtımını və satışını dayandırıb.

“Microsoft”un söyüş söyən süni intellekti

Martda “Microsoft” şirkəti, insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulmuş “Tay” adlı süni intellekt layihəsini ictimaiyyətə təqdim etdi. Şirkət hətta insanlarla ünsiyyət qurmaq üçün gənc qadın səsi ilə danışan robot üçün Tvitter hesabı da açmışdı. Lakin işlər şirkətin istədiyi kimi getmədi. 18-24 yaşlı gənclərlə söhbət edib onlardan öyrənməyi planlaşdırılan robotun insanlardan mənimsədiyi yeganə şey jarqon sözlər idi. İnsanlardan öyrəndiyi jarqon sözləri, cinsiyyətçi ifadələr və əxlaqsız mövzuları paylaşan “Tay”a nəhayət, “Microsoft” müdaxilə etməli olub və süni intellektin Tvitter hesabı 24 saatdan sonra bağlanıb. “Microsoft” “Tay” tərəfindən yazılan təhqiredici tvitlərə görə üzr istəyirik, o, hazırda oflayndır" - açıqlamasını verib. 

İşıqlı bitki

ABŞ mənşəli qeyri-kommersiya ianə şirkəti olan “Kickstarter”, qısa müddətdə 500 min dollar ianə toplayan "işıqlı bitki" layihəsinə start verib. Lakin layihənin həyata keçirilməsi demək olar ki, qeyri-mümkün idi və tezliklə “yerinə yetirilməmiş vədlərin” simvoluna çevrildi.

Kök Hüceyrə Klinikaları

Ötən il tibb sahəsində yaşanan digər bir məyusluq ABŞ-da geniş yayılan kök hüceyrə klinikaları ilə bağlı oldu. ABŞ-da fəaliyyət göstərən 351 klinika idman zədələrindən tutmuş “Alzheimer”ə qədər bir çox xəstəlikləri kök hüceyrələr vasitəsilə müalicəsini vəd edirdi. Bununla belə, klinikaların qazanc üçün insanlar üzərində sınaqlar apardığını dilə gətirən mütəxəssislər xəstələri FDA-nın icazəsi olmayan heç bir klinikaya getməməyə çağırır.

Bir milyon dollarlıq genetik terapiya

Avropada ilk genetik terapiya dərmanı kimi qəbul edilən və bir milyon dollar qiymətlə satışa çıxarılan "Glybera" dünyanın ən bahalı dərmanı oldu. Bununla belə, dərman həm qiyməti, həm də effektivliyi ilə bağlı narahatlıqlar səbəbindən alıcı tapmadı. DNT əvəzetmə sahəsində inqilab olacağı gözlənilən dərman böyük bir uğursuzluğa səbəb oldu.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb - İlk dəfə TOP-5-də

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək

Bu rayona yeni icra başçısı təyin edildi - Sərəncam

Neft Fondunun səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb

Xaricdən quş ətini neçəyə alırıq?

“Küçələrdə qalmışam “Yeni Ailə” MMC tikinti şirkəti kupçanı da, 9 aydır kirayə pulumu da vermir...” - ŞİKAYƏT

Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Yapon valyutası son 34 ilin ən aşağı səviyyəsinə düşdü

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO

Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayının kəskin azalması nə ilə bağlıdır?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - SORĞU + VİDEO

Bitcoin və Etherium ucuzlaşır - Kriptovalyutaların qiymətləri

Birjalarda son durum necədir?

Birjalarda son durum necədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin