
Tenderlər
17.11.2023 / 19:15
İƏT-ə üzv ölkələrin əmək nazirləri Bakıya gəlir - 1 milyonlıq konfrans keçiriləcək
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlə Bakıya gəlir.
Valyuta.az xəbər verir ki, səfər Bakıda İƏT-ə üzv ölkələrin əmək nazirlərinin 5-ci konfransının keçirilməsi ilə bağlıdır.
Artıq Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi konfransın təşkili işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Satınalma müsabiqəsinin qalibi “Excellent Trade” Qapalı Səhmdar Cəmiyyət (QSC) seçilib. Konfransın təşkili işləri 961 978,48 AZN-ə başa gələcək.
Hüseyn
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay