11.09.2023 / 16:04
Tenderlərdə fəal iştirak edən şirkətin 655 min vergi borcu var
32651
Dövlət satınalmalarında fəal iştirak edən “Orbis Group” MMC-nin külli miqdarda vergi borcu yaranıb.
Valyuta.az xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 655 204,67 AZN-dir.
“Orbis Group” MMC 20 noyabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Bəkirov Cavid Elbrus oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
“Orbis Group” MMC əsasən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər üzrə Nümayəndəliyinin tenderlərini qalibi olur.
Bu il qurumla şirkət arasında ümumi maliyyə dəyəri 699 459,47 AZN təşkil edən iki satınalma müqvailəsi imzalanıb.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay