BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
9802

Bu gündən İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi və R.Pirnəzərov adına 299 saylı məktəb liseyi bu gündən distant təhsilə keçib. Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Son günlər ölkədə koronavirusa yoluxma halları artıb. Bu, sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bildirilir ki, ölkədə sərt karantin rejimi tətbiq olunacaq və məktəblər bağlanacaq.

Mütəxəssislər də düşünürlər ki, əgər vəziyyət nəzarətdən çıxarsa və yoluxma sayı artarsa, o zaman sərt karantin tətbiq edilə bilər. Məktəblərin də bağlanması qaçılmazdır.
Valyuta.az-ın Baku.ws-ə istinadən verdiyi açıqlamaya görə, professor Adil Qeybulla açıqlamasında bildirib ki, insanların təmaslarının mümkün qədər qarşısı alınmalıdır.

"Amma yoluxma sayı artarsa, sərt karantin olacaq. Çünki biz ikinci dalğa zamanı da gördük ki, xəstəxanada yer tapılmır, ölənlərin sayı çox olur, ambulator xidmət üçün dərman ajiotajı yaşanır. Fikrimcə, nə qədər ki vəziyyət pisləşməyib, müəyyən qaydalar qəbul olunmalıdır. Amma qaydalar elə qəbul olunmalıdır ki, hər tərəfi əhatə etsin”, - deyə Adil Qeybulla bildirib.

Məsələyə aydınlıq gətirən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov, yayılan fikirlərin heç bir əsası olmadığını söyləyib.

"Təhsil Nazirliyi informasiyaya açıq qurumdur. Əgər hansısa hadisə barədə qərar verilərsə, təbii ki, bu barədə açıqlama veriləcək. Ən azından bu barədə məlumat veriləcək”, - deyə Cəsarət Valehov bildirib.

Məktəblərdə vəziyyətə nəzarət etmək üçün hansı tədbirlər görülməlidir?

Mövzuya aydınlıq gətirən təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Azərbaycanda bütün məktəblərin bağlanması lüzumsuz addım olardı:

"İlk növbədə qeyd edim ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyam. Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Yəni hansı məktəbdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır”.

Kamran Əsədov deyib ki, distant təhsilə keçmək effektiv deyil:

"Çünki bütün şagirdlərin elektron resurları yoxdur və bütün fənlərin onlayn qaydada tədrisi mümkün deyil. Bundan başqa onlayn dərslər şagirdlərə fiziki, psixoloji problemlər yaradır. Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq.

Bundan başqa onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir. Mənim proqnozuma görə, yoluxma artarsa, bundan sonra 30-dan çox məktəbin bağlanma ehtimalı var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin