BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
45852

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Valyuta.az xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li məktəb), Laçın (şəhər 2 №-li və Zabux kənd tam orta məktəbləri), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1 və Quba - 1 rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 233 imtahan binası, 4158 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 674 imtahan rəhbəri və ümumi rəhbər, 5193 nəzarətçi, 757 buraxılış rejimi əməkdaşı (mühafizə), 233 bina nümayəndəsi ayrılıb.

Bu gün işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzi ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2№-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1№-li məktəbdə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahan keçirib.

İmtahanda 55 887 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 25 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır. Bundan əlavə, 1 nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

FT: Ağ Evin yeni anti-Rusiya sanksiyaları bu fiziki şəxs və banklara təsir edəcək

DSMF-lə “Ofis Aləmi” arasında alqı-satqı qalmaqalı

KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır

"Google" ağdərili İT işçilərini kütləvi şəkildə işdən çıxarır, onları miqrantlarla əvəz edir

Azərbaycanda 3 ayda 400 min tona yaxın benzin istehsal olunub

Baş memarın şirkəti məhkəmə qarşısında - "EL & EN" Firması hansı qaydaları pozub?

Sabah yağış yağacaq

Məcnun Məmmədov FAO-nun nümayəndəsi ilə görüşdü

Tiktokerlər nə qədər vergi ödəməlidir?

Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək

3 ayda ölkəmizdə 13 min tondan çox pendir və kəsmik istehsal olunub

Aqrar Sığorta Fondunun ödənişlərinin artması fermerlərin fəaliyyətinə necə təsir edəcək?

Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları dəyişdi

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir

1274 nəfər rezidenturaya imtahan verəcək

Nazir idarə rəisini işdən çıxardı

Nazir idarə rəisini işdən çıxardı

Bəzi şəxslər universiteti bitirdikdən sonra niyə işsiz qalır?

İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq

Hicran Əyyubova direktor təyin edildi

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

Şuşada müntəzəm şəhərdaxili sərnişindaşımaya icazə verilməsi qaydası müəyyənləşib

"Naxçıvan Bank"ın gəlirləri 4 milyon manatdan çox azalıb

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

“Azərikard” rəhbərinin türkiyəli müavini işdən ayrılıb

“Azərikard” rəhbərinin türkiyəli müavini işdən ayrılıb

Ölkə ərazisində nə qədər kiçik sahibkarlıq subyekti var? – Bakıda 7 minə yaxındır

Azərbaycanda bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bitcoin 48 saatda 10 min manat ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Daha iki rəis müavini işdən çıxarıldı

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin