BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
45768

Heydər Əliyev adına Hərbi İnstituta 2024/2025-ci tədris ili üçün I, II və III ixtisas qrupları üzrə sənəd qəbulu elan edilib.

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, əyani formada keçirilən tədris Azərbaycan dilində aparılır və təhsil müddəti 5 ildir.

Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli, zabit rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.

İnstituta qəbul olmaq istəyən namizədlər aprelin 30-dək ərizə ilə aşağıdakı ünvanlara müraciət edə bilərlər:

- Bakı şəhərində - Heydər Əliyev adına Hərbi İnstitutda, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində;

- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Quba, Qəbələ, Qazax, Bərdə, Beyləqan, Cəlilabad, Lənkəran rayonlarının təhsil sektorlarında yaradılmış sənəd qəbulu mərkəzlərində;

- Naxçıvan Muxtar Respublikasında - Heydər Əliyev adına Hərbi Liseydə yaradılmış sənəd qəbulu mərkəzində aparılır.

Ərizəyə abituriyentin təsdiq olunmuş elektron ərizəsinin surəti,Anket forması (yerində doldurulur),oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə, tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış), doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış, nikah və uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (evli və uşaq olduqda), ailə tərkibi və yaşayış yeri haqqında arayış, rəngli fotoşəkil (baş geyimsiz, anfas), 6 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə, 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının razılıq ərizələri, elektrokardioqramma, qanın və sidiyin ümumi analizi, qan qrupu və rezus-faktor, qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara və Hepatit C və Hepatit B-yə dair müayinələrinin nəticələri, psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar tələb olunur.

Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.

Hərbi İnstituta qəbul aşağıdakı qaydada həyata keçirilir:

- Götürülməmiş intizam cəzası olan (yalnız hərbi qulluqçular), məhkumluğu ödənilməmiş və ya üzərindən götürülməmiş, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş, hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi həkim komissiyası tərəfindən institutda təhsil almağa yararsız hesab olunan və öyrənilmə tədbirləri keçirilən zaman Heydər Əliyev adına Hərbi İnstituta qəbula mane olan digər hallar müəyyən edilən şəxslər Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq üçün namizədlər siyahısına daxil edilmirlər.

- Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir və onlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər.

Qəbul imtahanları I, II və III ixtisas qruplarının fənləri üzrə keçirilir və imtahanların tarixləri Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunub.

İmtiyazlar:

- 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;

- 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;

- 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;

- 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş;

- təhsil müddətində kursantların bütün təminat növləri ilə təmin olunması;

- məzunlara hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinin verilməsi;

Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmək üçün tarix və ünvan namizədlərə sənəd qəbulu mərkəzlərində bildiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin