Təhsil
05.04.2024 / 17:17
Prokurorluq: Orta məktəbdə 56 min manat mənimsənilib, cinayət işi açılıb
45738
Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.
Valyuta.az Daşkəsən Rayon Prokurorluğuna istinadən xəbər verir ki, Zəylik kənd tam orta məktəbindəki qanunsuzluqlarla bağlı vətəndaş müraciəti daxil olub.
Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay