BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
43170

Martın 10-da buraxılış imtahanı keçiriləcək.

DİM-dən Valyuta.az-a verilən xəbərə görə, 2024-cü il martın 10-da Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Sumqayıt, Naxçıvan, Gəncə - 2, Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Masallı, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1№-li məktəb), Ağdam, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Laçın (Şəhər 2№-li tam orta məktəb və Zabux kənd tam orta məktəbi), Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar rayonlarında, həmçinin Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər. Peşə liseylərinin şagirdləri həmin liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Hansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır?

Şənbə gününün hava proqnozu

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46%-dən çox artıb

Kəlbəcər şəhərinin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək

Hazırda ölkədə nə qədər qida duzu ehtiyatı var?

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

İçərişəhərə giriş məhdudlaşdırılacaq

Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtı açıqlanıb

Türkiyədə illik inflyasiya 70%-ə yüksəlib

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb

BP və tərəfdaşları Azərbaycandakı layihələrə 85 mlrd. dollar sərmayə qoyub

Avropada işləməyin asan olduğu ölkələr - TOP 10

Yüksək faizli depozit kampaniyası davam edir ®

İş müsahibəsində əvvəlki iş yerimizdən dava ilə ayrıldığımızı deməliyik?

İki ayda xaricdən 40 min ədədə yaxın paltaryuyan maşın almışıq

“EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir ®

B2B bizneslər üçün nəticə verən yanaşmalar

B2B bizneslər üçün nəticə verən yanaşmalar

Marketlərin qarşısında yük boşaldan avtomobillərə niyə cərimə yazılır?

Kimlər natamam və qısaldılmış iş vaxtından istifadə edə bilər?

Bitcoin və Etherium yenidən bahalaşır - Kriptovalyutaların qiymətləri

Avro və rubl bahalaşdı - Məzənnə

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir

Yaz semestrində nə qədər tələbə təhsil krediti alıb?

Payızdan etibarən bu ölkədə dördgünlük iş həftəsi tətbiq ediləcək

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin