BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
32184

Xəbər verdiyimiz kimi, dünən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb.

Ali məktəbə qəbul olanlar arasında Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı və oğlu da var. Şəhidimizin oğlu Orucov Əlihəsən Nail oğlu Memarlıq və İnşaat Universitetinə, xanımı Ağamalıyeva Nigar isə Bakı Dövlət Universitetinə daxil olub.

Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva Modern.az-a açıqlamasında çox həyəcanlı, xoşbəxt olduqlarını bildirib. 

“Çox xoş oldu. Bu anı çoxdan gözləyirdik. Fikirlərimi sözlərlə ifadə edə bilmirəm. Çox həyəcanlıyıq. Mən 230 balla Bakı Dövlət Universitetinin filologiya ixtisasına daxil oldum. Oğlum 371 balla Memarlıq və İnşaat Universitetinin Neft-qaz mühəndisliyi fakültəsinə  qəbul olub. Şəhidimizin də ruhu şaddır ki, biz bu pilləyə çatmışıq", - o deyib.

Nigar Ağamalıyeva çoxdankı yarımçıq arzusunu bu dəfə oğlu ilə birlikdə tamamlayacağını deyib.

“Mənim 3 övladım var, bu yola çıxdım ki, uşaqlarıma dəstək olum. Bizim yaşam tərzimiz artıq dəyişib. Gərək biz də güclü olaq ki, uşaqlarımız da bizə baxıb ilham alsınlar, güclü olsunlar. Ali məktəbə daxil olmuşdum, sadəcə başa çatdıra bilmədim, problemlər oldu, yarıda qaldı. Çoxdankı, arzum idi. Bu dəfə təhsilimi davam etdirəcəm, övladımla bərabər”, - şəhidimizin xanımı qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Nail Orucov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub, Astara rayonunda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nail Orucov ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əmək qabiliyyəti olmayan şəxslər kimlərdir? - CAVAB

Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə maliyyə institutlarını gücləndirmək istəyir

"Buker" mükafatının 2024-cü il üzrə qalibi elan olunub

Yağış yağıb, şimşək çaxıb

Tramp Maskın vəzifəsini açıqladı

Dünya bazarlarında neft yenidən bahalaşıb

Azərbaycanda gündəlik nə qədər neft hasil edilir? - OPEC açıqladı

Bill Qeyts varlanmaq üçün "ən yaxşı" sərmayəni açıqlayır - SƏHƏR OXUSU

Yaponiyadan çip və süni intellekt sektoruna 10 trilyonluq dəstək

"Lufthansa" Tel-Əvivə uçuşların ləğvini il sonuna qədər uzatdı

Avropada qaz qiymətləri ilin ən yüksək səviyyəsinə çatdı

Dünyanın ən dəyərli aktivləri - TOP 10

Məşhur Yapon şirkəti İsraildəki bütün mağazalarının fəaliyyətini dayandırdı

Bu il Türkiyəyə ən çox investisiya yatıran ölkələr - Azərbaycan ilk beşlikdə

Süni intellekt iş qüvvəsinə necə təsir göstərəcək? - “Qlobal CEO Proqnozları”

"Nvidia"ya növbəti böyük rəqib - "Amazon Trainium"

Alparslan Bayraktar: "Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır"

Rusiyada uşaqsız həyat tərzinin təbliğinə görə yeni cərimələr hazırlandı - 5 milyon rubladək

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirildi (YENİLƏNİB)

Prezident İlham Əliyev Polşa Prezidenti ilə görüşüb

Ən çox "Bitcoin"ə sahib ölkə və şirkətlər

Ən çox "Bitcoin"ə sahib ölkə və şirkətlər

"Shopify"in gəlirləri gözləntiləri üstələdi - HESABAT

Azərbaycanda yeni Fond yaradılır

Trampın dolları gücləndirmək üçün atdığı addım bütün dünyanı şoka salacaq - KİV

Dünyanın yeni 8-ci ən dəyərli sərvəti - "Bitcoin"

Bu ilin sonuna qədər 4 notarial hərəkət elektronlaşdırılacaq

Bu rayonlara yağış yağır - Faktiki Hava

Avropanın qaz müşkülü: ümid Bakıyadır

İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin