BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
59316

Xəbər verdiyimiz kimi "Bitcoin" (BTC) növbəti mühüm mərhələyə çataraq "gümüş"ün 1,732 trilyon dollarlıq dəyərini ötüb və dünya üzrə səkkizinci ən böyük aktivə çevrilib. 

Son həftələrdə güclü institusional tələbin və spot "Bitcoin" ETF-lərinə olan marağın davam etməsi ilə "BTC" son bir həftədə gözlənilməz şəkildə 27% artım əldə edib.

"Bitcoin" yüksəlişini davam etdirərsə və qiyməti tezliklə 90.000 dollar səviyyəsini aşaraq yeni bir tarixi zirvəyə ("ATH") çatarsa, dünyanın ən böyük neft şirkəti "Saudi Aramco"nu da geridə qoyacaq.

"Companiesmarketcap"ın statistikasına istinadən "Bitcoin" sadəcə 3% artım əldə edərsə dünyanın ən böyük neft şirkəti olan "Saudi Aramco"nu keçə bilər.

Bəs dünyanın ən böyük aktivləri hansılardır? 

Beynəlxalq statistikalara əsasən bazar dəyərinə görə ən qiymətli aktiv 17.464 trilyon dollar bazar dəyəri ilə "Qızıl" hesab olunur. Qızılı 3.553 trilyon dolarla “NVIDIA”, 3.389 trilyon dollarla “Apple”, 3.107 trilyon dollarla “Microsoft”, 2.216 trilyon dollarla “Google”, 2.174 trilyon dollarla “Amazon” və 1.801 trilyon dollar bazar dəyəri ilə"Saudi Aramco" izləyir.

Bazar dəyərinə görə ən yaxşı aktivlər sıralamasında "Bitcoin" 1.738 trilyon dollarla 8-ci, "Gümüş" 1.709 trilyon dollarla 9-cu, "Meta" (Facebook) isə 1.472 trilyon dollarla 10-cu sırada yer alıb.

“The Kobessi Letter” maliyyə platformasının analitikləri "Bitcoin" və qızılın bazar dəyərini müqayisə edərək yazıb: “Qızılın hələ də "Bitcoin"dən 10 dəfə böyük olması inanılmazdır. Bu vəziyyət təkcə qızılın nə qədər böyük olduğunu deyil, həm də "Bitcoin"in nə qədər böyük ola biləcəyini göstərir.”

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Zakir Nuriyev: "Azərbaycanda elektrik və hibrid avtomobillərin kreditləşməsi kəskin artıb"

"Badamlı Mineral Sular" cərimələndi

Türkiyə Azərbaycana yeni səfir təyin edib

AMB: Valyuta ehtiyatları 3 illik idxalı maliyyələşdirməyə kifayət edir

Türkiyədə illik inflyasiya 47%-ə enib

Kərə yağı ilin əvvəli ilə müqayisədə 1 manatdan çox bahalaşıb - Rəsmi

AMB növbəti il iqtisadi artım üçün əsas risk faktorlarını açıqlayıb

UEFA "Qarabağ"ı 26 min avro cərimələyib

AMB: Hüquqi şəxslərin depozitlərində dollarlaşma səviyyəsi azalıb

“Elektron Hərrac Portalı"ı istifadəyə verilib

Bu rayonda su olmayacaq

ABA: Məsafədən bank hesablarının açılması təkmilləşdirilməlidir

“Varsansa, niyə yoxsan” kitabı çap olunub

Müalicə məqsədilə Azərbaycana gələn turistlər bu qədər pul xərcləyib - Məbləğlər

Müalicə məqsədilə Azərbaycana gələn turistlər bu qədər pul xərcləyib - Məbləğlər

“PAŞA Bank” və “PAŞA Kapital”ın rəhbərliyinə təyinat olub

AMB rəsmisi: "Bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır"

Bu ərazilərə qar yağdı

Regional Su Meliorasiya Xidməti bu şirkətlə 940 min manatlıq müqavilə imzalayacaq

Neftimizin qiyməti bir dollardan çox ucuzlaşdı

Mərkəzi Nəbatat Bağının İdarə Heyətinə sədr təyin edilib

Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr (SİYAHI)

Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun yenidən qurulması davam edir

ABŞ çip sənayesində Çinə yeni məhdudiyyətlər qoyur

Türk lirəsi və avro ucuzlaşdı - Məzənnə

Süni intellekt sayəsində insanlara lazım olmayacaq 5 bacarıq - SƏHƏR OXUSU

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin