BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
27901

“Biz bu şəkillə 6 il əvvəl yola çıxmışdıq. İşim əlimdən alınmış, sevərək çalışdığım ANS bağlanmışdı. Özüm də şərə məruz qalmışdım. İş almaq şansım yox idi. Ya yaltaq olacaqdım, ya yeniləcəkdim. Heç biri mən deyildim”.

Valyuta.az xəbər verir ki, bu sözləri keçmiş ANS TV-nin aparıcısı Qənirə Ataşova sosial media hesabında yazıb.

O, oğulları ilə çəkdirdiyi fotonu paylaşaraq yaşadıqlarını dilə gətirib:

“Ölkədən çıxışım qadağan olunmuşdu. Çıxdım. Çıxarkən bu şəkili çəkdirdik, düz sərhədin qapısında…

Cibimdə cəmi 3 min dollarım var idi. Uşaqlara yataq mebeli almaq üçün toplamışdım. Heç bir zaman maddi zəngin olmamışam. Amma Allahın verdiyi sağlam düşüncə ilə özümü zəngin hiss edirdim. İnandığım həqiqət də var idi… Bilik və zəhmət. Parlaq zəkası olan uşaqlarımın fərqində idim. Onların zəkasını qohumluq əlaqələrinin hakim olduğu cəmiyyətə həvalə edə bilməzdim. Bu yolla gəlib Arlinqtondakı bir otaqlı mənzildə kirayə qaldıq. Bir aylıq kirayəmiz 1300 dollar idi. Yemək və növbəti ayı düşünməli idim. Biz belə başladıq “American dream”ə.

Bilirsiniz özümlə cehizlik köhnə qazanımı da Amerikaya gətirmişdim. Amerikada ev əşyaları hardan alınır onu belə bilmirdim. Eh, o qazanı aeroportun yanındakı köhnə Sədərəkdən özüm almışdım. Anam ağır xəstə olduğu üçün bu işləri özüm görməli olmuşdum. Oradan dönüşdə məni güclü baş ağrısı tutmuşdu. Kirayə qaldığımız evə çatanda ağrı məni daha pis bir hala saldı. Bir də gördüm ağır xəstəlikdən gücünü itirmiş anam yataqdan qalxdı. Mənim beyin kötüyümü möhkəm ovuşdurdu… O əli heç unutmaram.

Hə… Qazan bizimlə Amerikaya gəldi. Mən onda bulğur bişirməyi öyrəndim. Bulğur barədə ilk dəfə türk tarixindən oxumuşdum. “Diriliş Ertuğrul” serialında ən çox yeyilən yemək idi… Nə isə… Babalarımızın yaşıl torpaqlar axtarışı üçün çıxdığı yolda özlərinə seçdikləri bu qidanı kiçik ailəmizin əsas qidası etdim. Onu sevərək bişirdim. Sən demə, mən bişirdikcə böyük oğlum Fərhadda bir düşüncə yaratmışam. Onun Amerika universitetləri üçün yazdığı “essay” mənim cehizlik o qazanım və bulğur barədə olub. Bundan yeni xəbər tutmuşam…

Onun yazısını paylaşacağam. Əminəm, Amerikanın top universitetlərinin diqqətini çəkən yazı bir çox yetişməkdə olan gəncə stimul olacaq. “NYU”, “Duke”, “Georgetown”, “VCU”, “Buffalo”, “GeorgeTech” daxil olmaqla  8 universitetdən qəbul almışıq. Hələ yolda olanlar da var. Bu, son deyil, hələ başlanğıcdır. 11 illik təhsil yolu onu gözləyir. Seçimi tibbdir. Ümid edirəm insanlığa Fərhad adlı, azərbaycan əsilli neyrocərrah xidmət edər”.

Qeyd edək ki, Ataşovanın Ceyhun adlı bir oğlu da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin