BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
23457

Xaçmazın Çaykənarı kənd orta məktəbinin keçmiş müəllimi Rəvanə Məmmədovanın məktəbin fəaliyyəti haqda səsləndirdiyi bir sıra iddialara aydınlıq gətirilib.

APA-nın sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin müəllimi olmuş Rəvanə Məmmədovanın müraciətlərinə əsasən 2021-ci ilin noyabr ayında Xaçmaz Rayon Təhsil Şöbəsi tərəfindən Çaykənarı kənd tam orta məktəbində monitorinq aparılıb.

"Monitorinq zamanı məktəbin direktor əvəzi Nuriyyə Nurməmmədova və təşkilati işlər üzrə direktor müavini Rəşad İsayevin işlərində müəyyən nöqsanlar (aşkarlanan nöqsanlara görə həmin şəxslər haqqında intizam tənbeh tədbirləri görülüb) aşkarlansa da iddia edilən fikirlər təsdiqini tapmayıb. Belə ki, kitabxanada oxucu kartlarının pulla satılması, kitabxananın gündə 15 dəqiqə açılması, ocaqçının sobaları yandırmaması, müəllimlərin içkili dərsə gəlməsi, şagirdlərə dərman preparatlarının paylanılması fakları təsdiqlənməyib.

2022-ci ilin iyununda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri İnqilab Musayev adıçəkilən məktəbdə olublar. Həmin zaman aşkarlanan nöqsanlara görə və daha öncəki nöqsanlar da aradan qaldırılmadığı üçün məktəbin təsərrüfat işləri üzrə direktor müavini və direktor əvəzi işdən azad ediliblər. Nuriyyə Nurməmmədova məktəbdə müəllim kimi saxlanılıb" - deyə qeyd edilib.

Həmçinin bildirilib ki, 2022-ci ilin iyun ayında Xaçmaz rayonu üzrə təhsil sektorunun əməkdaşları tərəfindən aparılan monitorinq nəticəsində bir neçə müəllimin, eyni zamanda Rəvanə Məmmədovanın heç bir səbəb göstərmədən bir neçə gün işdə olmadıqları aşkarlanıb və onların həmin günlərə olan əməkhaqları dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin