Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb
2024-cü ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 77,5 milyard manat olmaqla 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 4,9 faiz artıb, ümumi dəyərin 80,3 faizini pərakəndə ticarət dövriyyəsi, 16,6 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Valyuta.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 4,8 faiz artaraq 74,4 milyard manata bərabər olub, onun 48,6 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat ilində bir istehlakçı orta hesabla ayda 632,7 manat və ya 2023-cü illə müqayisədə nominal ifadədə 38,1 manat çox vəsait xərcləyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay