BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
46601

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerli istehsal idxalı 28 faiz həcmində üstələyib. Adətən insanlar daha çox xarici mebel almağa üstünlük verirdilər. Lakin yerli istehsal artıbsa, deməli, bu məhsullara tələbat artıb. Bəs mebel seçimindəki bu dəyişikliyin səbəbi nədir? 

“İdxaldan asılılığı azaltmağa çalışırıq”

Mebel istehsalçısı İslam Əhədov bildirdi ki, bu sahədə müştərilərin iki profil üzrə tələbatları mövcuddur: “Birinci kateqoriya keyfiyyətli məhsul istehsal etməkdir. İkinci kateqoriya isə keyfiyyəti digər məhsullardan nisbətən zəif olan mallardır. Çalışırıq mebel sənayesi üzrə inkişaf edək. Bu baxımdan keyfiyyətli məhsul istehsalı, həmçinin idxal məhsullarından asılılığın daha da azaldılması üçün müəyyən işlərin görülməsinə ehtiyac var. İxracdan əlavə, məqsədimiz Azərbaycanda yerli məhsul istehsalını o dərəcəyə çatdırmaqdır ki, ölkəmizin bu sahədə idxaldan asılılığı maksimum dərəcədə azalsın. İxracla bağlı heç bir problemimiz yoxdur”.

Qiymətə təsir edən səbəblər

İ.Əhədovun sözlərinə görə, bu sahədə ən ehtiyac duyulan innovativ dəzgahlardır: “Hansı ki, bu avadanlıqlar vasitəsilə daha keyfiyyətli və müasir üslubda mebellərin hazırlanması mümkündür. Onların xaricdən gətirilməsi böyük xərc tələb edir. Bizdə həmin dəzgahların 70 faizi mövcuddur. Amma hər il müxtəlif tədbirlərdə iştirak edərkən görürük ki, bu cihazlar ildən ilə yenilənir, bazara daha yeniləri və keyfiyyətliləri daxil olur. Həmin dəzgahların əldə olunmasına ehtiyac var”. 

Müsahibimizin fikrincə, mebel istehsalını və ixracını inkişaf etdirmək üçün hər iki sahədə istehsalçılara güzəştlər olmalıdır: “Bu sahə üzrə inkişaf etmiş şirkətlərin yaradılmasına ehtiyac var. Hansı ki, onlar daha böyükdür və keyfiyyətə daha çox önəm verirlər. Həmçinin müştərilərin istəklərini daha tez yerinə yetirirlər. Digər tərəfdən, mebel istehsalçılarının iş şəraitinin yaxşılaşdırılması kimi məsələlərə də toxunulmalıdır. Həmçinin materialların qiymətlərinin ucuzlaşdırılmasına ehtiyac var. Nə qədər yerli istehsal mövcud olsa da, xaricdən bəzi avadanlıqlar, məmulatlar, xammal ləvazimatları, aksesuarlar gətirilir. Onların gömrük rüsumu ilə bağlı müəyyən işlər görülərsə, bu, istehsala çox ciddi təsir edər. İstehsalçıların daha çox şikayətləndiyi məsələlərdən biri budur. Qeyd edim ki, mebellərin qiyməti sırf bu xərclərə bağlı olaraq dəyişir”.

İstehsal artımı ixracı da stimullaşdırır 

İqtisadçı Emin Qəribli yerli mebel istehsalının inkişafını müsbət qiymətləndirir: “Əvvəllər mebel istehsalı sırf daxili bazara yönəlmişdi. Amma artıq görürük ki, ayrı-ayrı şirkətlər müxtəlif ölkələrə də mebel ixrac edirlər. Bu onun nəticəsidir ki, həm vergi islahatları aparılır, həm də kiçik və orta sahibkarlığa yardımlar artırılır. Bunun sayəsində istehsalda artım müşahidə edirik. İstehsalla yanaşı, ixracın artması da gözlənilir. Məsələn, qonşu ölkələrə getdikdə orada yerli mebel istehsalçılarımızın nümayəndəliklərini görə bilərik”. 

“Azad iqtisadi zonalara yönəlin”

E.Qəribli düşünür ki, istehsalçılar onlar üçün yaradılmış imkanları dəyərləndirsələr, daha da uğurlu olarlar: “İstehsalın daha səmərəli olması üçün azad iqtisadi zonalar yaradılıb. Azad iqtisadi zonalar vergilərdən azaddır. Məsələn, Qarabağ bölgəsində istehsal onlar üçün daha sərfəli olar. Üstəlik, bu ərazilərdə tikinti işləri gedir. Həmin bazara yönələ bilərlər. Həmçinin mebel istehsalında yeni texnologiyalar tətbiq olunur və məhsullar daha müasir avadanlıqlarla istehsal edilir. Bu üstünlüklərdən istifadə etsələr, mebel istehsalındakı inkişaf daha da artar”. 

İqtisadçının fikrincə, istehsalla bağlı bütün problemlər aradan qalxdığına görə ixrac sahəsində müəyyən işlər görmək lazımdır: “Dövlət daxili bazar üçün güzəştlər yaradır. Amma ola bilər ki, gələcəkdə ixrac üçün də müəyyən addımlar atsın. Məsələn, mebel istehsalçılarının ixrac məhsullarının sığortalanması, müəyyən güzəştlər tətbiq edilə bilər. Bu isə imkan verəcək ki, daha çox məhsul ixrac edilsin. Düşünürəm ki, artıq o səviyyəyə çatmışıq”.

© Kaspi qəzeti 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin