BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
44992

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Avropa İttifaqı ölkələri arasında 2 milyard 884 milyon 590 min ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,4% azdır.

Bu ilin iki ayı ərzində Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracın dəyəri 2 milyard 526 milyon 687 min ABŞ dollar, bu ölkələrdən Azərbaycana idxalın dəyəri isə 357 milyon 903 min ABŞ dolları dəyərində olub.

Azərbaycan ticarət əməliyyatlarını əsasən İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə aparıb.

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 828 milyon 329 min ABŞ dollar dəyərində olub. Bu, 2023-cü illə müqayisədə 31 % çoxdur. İtaliyaya ixracın dəyəri 1 milyard 769 milyon 490 min ABŞ dollar dəyərində olub, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 33,7% çoxdur. İtaliyadan Azərbaycana idxalın dəyəri 20,1% azdır.

Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin həcmi 170 milyon 281 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 56 milyon 600 min ABŞ dolları, idxalın dəyəri isə 113 milyon 681 min ABŞ dollar olub. Son iki ayda ticarət dövriyyəsinin həcmi 2,2 dəfə azdır.

Azərbaycanın Portuqaliya ilə ticarət dövriyyəsinin dəyəri 106 milyon 529 min ABŞ dolları dəyərində olub. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 64,3% çoxdur. Portuqaliyaya ixrac 104 milyon 135 min ABŞ dollar dəyərində olub. Bu, 2023-cü illə müqayisədə 65,5% çoxdur. Portuqaliyadan idxal 2 milyon 394 min ABŞ dollar dəyərində olub, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,2% çoxdur.

Azərbaycanla Çexiya arasında 92 milyon 170 min ABŞ dolları dəyərində olub. Bu, 2023-cü ili müvafiq dövrü ilə müqayisədə 48% azdır. Çexiyaya ixracın dəyəri 83 milyon 125 min ABŞ dolları dəyərində olub, bu, 2023-cü illə müqayisədə 48,7% azdır. Çexiyaya idxalın dəyəri 9 milyon 45 min ABŞ dolları dəyərində olub, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə azdır.

Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi 88 milyon 121 min ABŞ dollar dəyərində olub, bu, 2023-cü illə müqayisədə 37,8% azdır. Yunanıstana ixracın dəyəri 79 milyon 220 min ABŞ dollar dəyərində olub, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,7% azdır, idxalın dəyəri 2,6 dəfə çoxdur.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Mühüm açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin