BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
25175

Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 827,4 manat olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki dövr ilə (yanvar-avqust) müqayisədə 1 manat 60 qəpik azalıb. Belə ki, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 829 manat olub.

Məlumat üçün bildirək ki, Azərbaycanda orta aylıq nominal əmək haqqı ənənəvi olaraq ilin əvvəlindən başlayaraq artmağa, ilin ikinci yarısından etibarən isə azalmağa başlayır. Dövlət Statistika Komitəsinin məlumatları əsasında hazırladığımız cədvəldən bunu görə bilərsiniz.

Ötən illərdə olduğu kimi, bu il də orta aylıq nominal əmək haqqında azalma müşahidə olunur. Artıq son 2 aydır (avqust, sentyabr) əmək haqqında azalma olub.

Onu da qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun tələblərinə əsasən Azərbaycanda hər ilin əvvəlindən etibarən əmək pensiyalarının məbləğinə yenidən baxılır. 2018-ci ildən etibarən əmək pensiyaları Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əməkhaqqının artım tempinə görə indeksləşdirilir.

Bildiyiniz kimi, 2006-2017-ci illər ərzində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi (artıb-azalması) inflyasiya səviyyəsinə görə hesablanırdı. 2016-2017-ci illərdə ölkədə yüksək inflyasiya qeydə alındı. 2016-cı ildə inflyasiya 12,4%, 2017-ci ildə isə 12,9%-ə yüksəldi. 

Xatırladaq ki, əvvəlki illərdə - 2014-cü ildə 1,4%, 2015-ci ildə isə 4% səviyyəsində inflyasiya olub.

2018-ci ildən etibarən isə əmək pensiyaları Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əmək haqqının artım tempinə görə indeksləşdirilir. 2017-ci il ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7% artdığı üçün 2018-ci ilin əvvəlində əmək pensiyaları da 5,7% artırılıb. Göründüyü kimi, inflyasiya aşağı olanda pensiyalar inflyasiyaya görə hesablanırdı. İnflyasiya yüksəldikdən sonra pensiyalar əmək haqqına görə hesablanmağa başladı.

Qeyd edək ki, pensiyalar əmək haqqının ilin sonundakı (yanvar-dekabr) artım tempinə görə artırılır.

Ötən illərin təcrübəsindən belə nəticə çıxarmaq olar ki, ilin sonuna kimi orta aylıq nominal əmək haqqında ciddi dəyişiklik olmayacaq.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Duma xüsusi hesablarda “xarici agent” müəlliflərinə ödənişləri dondurmağı planlaşdırır

“İstanbul Aptek”də əczaçılıq tələblərini pozan mallar satılıb?

Müdafiə tərəfi “yengəc kralı” Kanın hökmündən apellyasiya şikayəti verdi

Qaradağ Şüşə Zavodu gömrük qaydalarını pozub?

Aİ Rusiya təyyarələrinin uçuşlarına qarşı sanksiyaları sərtləşdirəcək - "Reuters"

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi

Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu ®

Bakıda fantastik qiymətə ev kirayə verilir (FOTO)

Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin