BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7948
  • RUB
    1.7
  • TRY
    0.0488
  • GBP
    2.1672
61017

Dosent İsa Qasımov
BMU Texnoparkının direktoru, ”Yeni Fikir” MMC nin təsisçisi

Hər kəsin ağlına yeni ideya və ya təkliflər gəlir. İnformasiyanın bol, həmçinin əlçatan olduğu indiki zamanda bu cür ideya və ya yenilik xarakteri daşıyan təkliflərin çox olması da gözləniləndir. Bəlkə də, ondandır ki, “şikayətçi” mövqedə qalanların sayı da artır. Çünki, insanlar qarşılaşdığı hadisələrə öz prizmalarından baxaraq, təklif və ya ideya (məsləhət) verməyə meyilli olurlar. Əslində, burada “şikayətçi” mövqeyi kimi adlandırdığım məqamı başqa cür qiymətləndirə bilərik. Fikrimcə, bu mövqe şikayətdən daha çox, başlanğıcda təklif xarakteri daşıyır. Ancaq bəzi insanlar təklifləri “dinlənilmədiyinə” görə getdikcə şikayətçi mövqeyinə keçmiş olurlar. Bu prizmadan çıxış etdikdə, deyə bilərik ki, mövcudlar ilə razılaşmamaq yeni ideyaların formalaşmasına zəmin verən başlıca məqamdır. Məsələn, ailədə atasına etiraz edə bilməyən yeniyetmə və ya gəncdən “ciddi yeniliklər gözləməyin deyən” güclü mentorlar ilə rastlaşmışam. Əlbəttə, burada vurğulanan etiraz ataya (və ya digər şəxslərə) qarşı hörmətsizlik kimi qiymətləndirilməməlidir. 

Xülasə, yeni ideyaların formalaşması və ortaya çıxması mövcud ilə qismən və ya tamamilə razılaşmamaqdan irəli gəlir. Bu fikri başqa cür belə də ifadə edə bilərik: “Qarşılaşılan problemi daha fərqli və asan yollarla həll etmək marağı yeni ideyaların formalaşmasına zəmin verir”. Əsas məsələ isə bundan sonra başlayır. Belə ki, çox insan bu cür ideyaları, sadəcə olaraq, səsləndirməklə kifayətlənir. Az sayda insanlar isə, bu cür fikirlərin üzərində işləyir. Fikrimcə, bu isə daha çox (dərin) maraq və disiplindən irəli gəlir. Sual oluna bilər ki, “üzərində işləmək dedikdə nəyi nəzərdə tutursunuz?”

Əvvəlcə, onu deyim ki, ağla gələn fikir həqiqətən yenidirsə, deməli, başqa heç yerdə yazılmayıb. Əgər sən bunu anında hər hansı formada qeyd etməsən, böyük ehtimalla, unudacaqsan. Təbii ki, onu oxumaq üçün başqa mənbə də yoxdur. Daha sonra onu xatırlamağa çalışsan da, o fikrin ilk ağla gəldiyi mühit formalaşmadığı halda, buna nail olmama ehtimalın da kifayət qədər çoxdur. Beləliklə, ilk iş ağla gələn yeni ideyanı yazmaq və ya fərqli formada qeyd etməkdir. Məsələn, mən bəzən ağlıma gələn yeni ideyanı (yazmaq imkanım olmadıqda) anında səsli məsaj formasında özümdən-özümə və ya komanda yoldaşıma göndərirəm. Daha sonra, həmin fikri təkrar dinləyir və ya müzakirə edərək, üzərində hansı formada və necə dayanacağımıza cavab tapmağa çalışırıq....

Ağlımıza gələn fikrin qeyd olunması sözün əsl mənasında fikrinizə “sahib çıxmaq”, ona dəyər verməkdir. Bu mərhələni davam etdirdirdikcə, fikrinizin nə qədər dəyərli və ya əksinə olduğunu başa düşməyə başlayırsız. Beyin də bu vəziyyəti “dəyərləndirir”. Prosesi mənbələrə baxaraq, başqa sözlə, araşdıraraq davam etdirdikdə tərəddüdlər də idarə oluna bilir. Əgər nəticədə başa düşsəniz ki, ağlınıza gələn ideya çox da əhəmiyyət veriləsi deyil, onda siz tərəddüdlərin burulğanından çıxıb, həmin tərəddüdləri idarə etməyə başlaya bilirsiniz. Əgər bu vəziyyəti düzgün davam etdirə bilsəniz, daha effektiv fikirlər istehsal etməyiniz gözlənilən ola bilər.

Yuxarıdakıları əsaslandırmaq və ya izah etmək məqsədilə belə bir nümunə deyim:

- Bir dəfə əhəmiyyətli bir müzakirədə, vəzifəli bir şəxs qeyd etmişdi ki, məsuliyyətini aldığı işin inkişafı istiqamətində (onun) yaxşı ideyaları olub. Ancaq maliyyə çatışmazlığına görə işləri reallaşdıra bilməyib. Həmin şəxsə onun ağlına gələn ideyalardan birini soruşdum. Qısaca izah etdi. Ona soruşdum ki, bəs bu ideyanın reallaşdırılması üçün nə qədər vəsait lazım idi? O isə cavab verə bilmədi. Soruşdum ki, maliyyə olmadığını qənaətinə gədliyiniz həm ideyanı layihələndirməsini etmisinizmi?” Xeyr, deyə, cavab verdi.

Buradakı vəziyyətdə motivasiya amili də var. Düşünə bilərik ki, maliyyə olmadığı üçün həmin şəxs ideyanı heç layihələndirməyə belə əhəmiyyət verməyib. Buna normal da baxa bilərik. Ancaq bu çox adamın etdiyidir. Az sayda adam isə (hansı ki, həmin ideyanın nəticələrinə çox əhəmiyyət verənlər) həmin ideyanı layihələndirər, daha sonra onun reallaşdırılması üçün nələrin mövcud, nələrin isə əksik olduğunu müəyyən edir. Sonra isə, əksiklərin tamamlanması üçün cəhdlər edir. Ona görə də bir daha qeyd edirəm ki, ağıla gələn ideyanın inkişafı ona olan dərin marağımızdan və gözlənilən nəticələrinə verdiyimiz əhəmiyyətdən çox asılıdır. Təbii ki, prosesin uğulu davam etdirilə bilinməsi isə bacarıqlarımızdan çox asılıdır.

Bəs startap ideyasının uğulu olub-olmamasını necə müəyyənləşdirə bilərik?

Bunun başlıca yolu, düzgün bazar araşdırmasına əsaslanan metodlara diqqət etməkdən keçir. Çox zaman ideyanı müəyyən edib, sonra bazar araşdırmasına başlayırıq. Bu halda, bazarın tələbindən daha çox ideyamıza fokuslanırıq. Əlbəttə, bu da bəzi hallarda doğru ola bilər. Ancaq nəzərə almalıyıq ki, startap fəaliyyətində “yaxşı və ya mükəmməl” ideya formalaşdırmaq deyil, bazarın ehtiyacların cavab verən orijinal ideya ərsəyə gətirməliyik. Beləliklə, startapın uğurlu olmasında başlıca amil, bazarın ehtiyaclarını və ya problemlərini düzgün araşdırmaqdan irəli gəlir. Hətta, dağıdıcı innovasiyalara malik startaplar belə, bazarın tələblərini düzgün zamanda qarşılamağa iddialı olanda daha uğurlu ola bilirlər.

Yuxarıda qeyd etdik ki, startapın uğurlu olmasını təmin edən metdolara diqqət etməliyik. Belə metodlardan ən çox işlənilən ikisini sizə təqdim edirəm:

Burada verilən hər iki metod bir-birini tamamlayır.

Əlbəttə, hər bir startapın uğur hekayəsi fərqli zaman və bazarlarda başqa cür olması qəbulediləndir. Digər bizneslərdə olduğu kimi, startap fəaliyyətində də biznes modelin fəqrli və əvvəllər ağla gəlməyən xüsusiyyətləri ola bilər.

Necə bilək ki, ideyamız uğurludur, yoxsa yox?

Ümumiyyətlə, startap biznesi riskliliyinə görə digər bizneslərdən fərqlidir. Burada risk daha çoxdur. Təqribən, qeyd edə bilərik ki, hər 100 startapdan ortalama 2-si (bəzən 4-ü) qlobal bazarlarda uğurlu olur. (Ancaq startap fəaliyyəti cəmiyyətin güclənməsi və inkişafına səbəb olan ən mütərəqqi yollardan biridir.) Ona görə, açıq ifadə edək ki, bu sualın konkret cavabı yoxdur. Bununla belə, startap ideyasının uğulu olma ehtimalını aşağıdakı suallara cavab tapmağa cəhd (qismən də olsa) etməklə müəyyən etmək olar:

1. Startap ideyanız inkişaf etdirildiyi halda, ərsəyə gətirəcəyiniz məhsul və ya xidmət cəmiyyətin (bazarların) hansı problemlərini həll edəcək? Hansı ehtiyacları sizin məhsulunuz qarşılaya biləcək?

2. Sizin təklif etdiyiniz məhsul və ya xidmət bazarda mövcud olan bənzərlərindən hansı xüsusiyyətlərinə görə fərqlənəcək? Buna necə nail ola biləcəksiz? Nəticələr, rəqabət qabiliyyətli ola biləcəkmi?

3. Bazarda mövcud olanlardan fərqli olaraq, sizin təklif etdiyiniz məshul və ya xidmət hansı formada üstünlüklərə malik olacaq? Buna necə nail olacaqsınız?

Buradakı sualları, çoxalda da bilərik. Ümumiyətlə, startapların biznes modelini hazırlamaq üçün tətbiq olunan metodlar arasında Canvas metodu çox yayılıb.

Burada belə nəticəyə gələ bilərik ki, startap kifayət qədər ciddi və bilik əsaslı fəaliyyətdir. Ancaq onu da qeyd etməliyəm ki, bilik iqtisadiyyatı dövründə bu proses çətin hesab edilməməlidir. Necə ki, qədim insanların hamısı ov ovlaya bilirdi. İndi ki, cəmiyyətin fərqli fərdləri də startap qura və inkişaf etdirə bilər. Bəli, bu proses bilik əsaslıdır. Ancaq nəzərə almalıyıq ki, ağlına faydalı ideyalar gələn, bazar fürsətlərini görə bilən hər kəs də bilikli insandır. Burada başlıca məqam kimi hesab etdiklərim aşağıdakılardır:

1. Fürsətləri görmək və dəyərləndirmək;

2. Etmək istədiyin işin həzzini almaq.

Bu ikisi varsa, digər amilləri bu və ya digər formada dərin maraqların sənə öyrənməyə vadar edəcək. 

Bütün bunlar ilə yanaşı unutmamalıyıq ki, bazarda rəqabət çox dərindir. Ona görə də sadə və səthi biliklərə arxayın olmaqdansa, intellektual kapitalına güvənmək daha faydalıdır. 

“İdeya heç də hər şey demək deyil” kimi yanaşma da var. Bunu kim deyirsə, həm “düz” deyir, həm də hansı məqsədlə dediyini anlamağa çalışıram.

Məncə, düzgün və orijinal (innovativ, kreativ, rəqabətcil) ideya çox vacibdir. Belə ifadə edə bilərik ki, startaplar aşağıdakı 3 başlıca meyar ilə qiymətləndirilir: 

1. Startap ideyasının orijinallığı,

2. Startap komandasının potensialı və bacarıqları,

3. Startapın biznes modeli və bazar potensialı.

Göründüyü kimi, startap fəaliyyətində yolun başlanğıcı orijinal ideyadan başlayır. Ancaq bu da nisbi yanaşmadır. Əgər kifayət qədər potensiallı komanda yoxdursa, ideyanın orijinallığı da yetərli olmayacaq. Bununla bağlı, yuxarıda verilən “İNC” modeli və  “Bazara uyğun ən doğru məshul” qrafiklərinə də baxmaq yaxşı olardı. 

Bir az zəif ideya ilə də...

Bir az zəif ideya ilə uğurlu startap qurmaq olur. Deyə bilərəm ki, startapın uğurlu olmasında spesifik məqamlardan biri də “bazarın başa düşdüyü” məhsulu təqdim edə bilməkdir. Başqa sözlə, biz mükəmməl məhsul və ya xidmət təklif etsək də, bazar onu başa düşməsə, qəbul etməyəcəyi də aydın olur. Yəni satışlar kütləviləşmədiyi halda, uğurlu startap olmayacaq. Satışdan söz düşmüşkən burda qeyd etməliyəm ki, startap fəaliyyətində (başlanğıcda) satışa həddindən çox fokuslanmaq məsləhət bilinən yanaşma deyil. Axı, startap bazara yeni dəyər qazandırmalıdır. Hansı ki, formalaşdırılan əlavə dəyər sayəsində kütləvi və genişlənən satış mümkün olacaqdır.

Bir məsələni də burda vurğulamaq istəyirəm. Belə ki, startap biznesində əlavə dəyər formalaşdırmaq davamlılıq xarakteri daşıyır. Bu fəaliyyət növündə təkcə məhsul və ya xidmət deyil, həm də bunun istifadəçi və ya müştərilərinin formalaşdırılması üzrəində də davamlı iş aparmaq əhəmiyyət amillərdən sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Maskın sərvəti 400 milyardı keçdi

Maskın sərvəti 400 milyardı keçdi

Azərbaycan nefti ardıcıl üç gündür bahalaşır

Qızılın qiyməti 2 750 dollara yaxınlaşıb

Abşeronun və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Bank borcunu "sildirmək" neçəyədir?

Manat avro, rubl və lirə qarşısında gücləndi - Məzənnə

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi

Heydər Əliyevin vəfatından 21 il ötür

Bayden 14 milyard dollarlıq satışa mane olacaq

Almaniya Ukraynaya 37 milyard avro yardım edib - Avropada lider...

AYNA məhkəməlik oldu

2024-də turistlərin ən çox axtardığı ölkə və şəhərlər: Türkiyə liderdir

100 min dollardan çox illik maaş - Diplomsuz işçilərin ən çox qazana biləcəyi sahələr

Rusiyada ixtisaslı kadr çatışmazlığı 1,5 milyon nəfərə çatır

"Qərb Ulduzu" məhkəməyə verildi

"Nvidia" böhranı: Süni intellekt kriptovalyutalarında böyük itkilər

"Holcim" gömrük qaydalarını pozub

ABŞ-da inflyasiya göstəriciləri açıqlanıb

ABŞ-da inflyasiya göstəriciləri açıqlanıb

ABŞ-dan Çin və Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar

"Coca-Cola" və "Pepsi" uşaqlarda asılılıq yaradırmı? - Məhkəmə iddiası

Azərbaycanda əkilən tütün niyə daxili bazara yox, xarici bazara hesablanıb?

Türkiyədən "Meta"ya 11 milyonluq cərimə

Avropada yeddi süni intellekt fabriki qurulacaq - "Bloomberg"

Avropa Komissiyasının 2025-ci ildə 160 milyard avroluq planı - "Bloomberg"

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Xalq Sığorta" birinci yerdə

"OPEC"in neft bazarında tarazlıq strategiyası

Bu şirkət nizamnamə kapitalını 1000 dəfə azaldır

"Kapital Bank"ın rəhbərliyində dəyişiklik olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin