Redaktor
Azərbaycan startapları Avstriyada investorlara təqdim olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və “SUP VC” şirkətinin təşkilatçılığı ilə 6 startap komandası Avstriyanın Vyana şəhərinə təcrübə mübadiləsi məqsədilə səfər edib.
Valyuta.az xəbər verir ki, sözügedən komandalar mədəni irsin rəqəmsallaşdırılması istiqamətində proqramlaşdırma kursları təqdim edən və mədəniyyət sahəsində olan problemlərə həll yolları tapmağa çalışan “CulTech İnkubasiya Proqramı” çərçivəsində qalib seçiliblər.
Təcrübə səfəri “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndinin icrası ilə əlaqədar Mədəni Yaradıcı Sənayelərin (MYS) üzrə ixrac imkanlarının genişlənməsinə yönələn təşviq mexanizmlərinin yaradılması məqsədilə təşkil olunub.
Ümumilikdə 3 gün davam edən səfər 3-5 mart tarixlərini əhatə edib. İştirakçılar səfər müddətində Avstriya Kommersiya Palatasını ziyarət edib, Startaplarla iş Departamentinin rəhbəri ilə görüşüblər. Sonra Avstriya Startap Evi ilə tanışlıq baş tutub. Qonaqlara həmçinin Avstriya Startap Ekosistemi haqqında daha ətraflı məlumat almaq imkanı yaradılıb.
Növbəti gün “CulTech” sahəsində uğurlu startaplardan olan Avstriya startapı “Artivive”nin ofisinə tur təşkil olunub və burada Avstriyalı investorlar və ekosistem oyunçuları qarşısında ölkəmizi təmsil edən 6 (altı) komanda öz layihələrini təqdim ediblər.
Nəticə olaraq 2 startapla investorlar yaxından maraqlanıb və gələcək dövrlərdə əməkdaşlıq aparmaq istədiklərini bildiriblər. Eyni zamanda “Avstriya Culttech Asossasiyası” gələcəkdə qarşılıqlı mübadilə proqramlarının mümkünlüyü barədə təkliflər irəli sürüb.
© APA
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025