BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
17926

Azərbaycanda startaplar arasında “İdeyadan uğurlu biznesə” müsabiqəsinə start verilir.

Bu barədə Valyuta.Az-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Məlumata görə, “İdeyadan uğurlu biznesə” startap müsabiqəsi KOBİA və “Ekvita” şirkətinin dəstəyi ilə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilir.

Müsabiqənin məqsədi Azərbaycan regionları üzrə ən uğurlu startapları müəyyən etmək və onların potensialını üzə çıxarmaqdır. Eyni zamanda müsabiqə Azərbaycanda yeni biznes ideyaların, məhsul və xidmətlərin yaradılmasına və inkişafına dəstək göstərilməsini nəzərdə tutur.

Müsabiqəyə təqdim olunacaq startap layihələri yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalib olacaq 3 iştirakçıya pul mükafatı veriləcək, eləcə də təqdim etdikləri startapların inkişafı üçün mentorluq xidməti və işgüzar əlaqələrinin qurulmasında dəstək göstəriləcəkdir.

“İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin qalibləri həmçinin, mikro və kiçik sahibkarlıq subyekti kimi “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə biləcəklər. Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

“İdeyadan uğurlu biznesə” startap müsabiqəsində iştirak etmək istəyən şəxslər 24 sentyabr 2021-ci il tarixinə qədər müvafiq formanı (//bit.ly/3l2uzES) doldurmaqla müsabiqədə iştirak edə bilərlər.

Müsabiqənin seçim prosesi:

Müraciət və qeydiyyatdan keçmə tarixləri: 09.09.2021 – 24.09.2021

Yarım final mərhələsi: 30.09.2021

Final mərhələsi: 05.10.2021

Namizədə dair tələblər:

- Azərbaycan vətəndaşı olmalıdır;

- Bakı şəhəri istisna olmaqla, Azərbaycanın regionlarında rəsmi qeydiyyatda olmalıdır;

- Müraciət edən şəxsin yaşı 18-dən az, 29-dan çox olmamalıdır;

- Digər şərtlərlə bu linkdən tanış olun - //bit.ly/3jWOvJX

Müsabiqənin mükafat fondu:

I yer: 1 000 manat

II yer: 700 manat

III yer: 500 manat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin