BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
7756

Əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təkmilləşdirilmiş layihə işləyib hazırlayıb”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev REAL TV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, hazırkı qanunvericilik müfəssəl deyil və günün tələblərinə cavab vermir:

“Dövlət başçısının tapşırığı ilə yeni əlillik meyarları işlənib hazırlanıb. Əvvəllər əlillik meyarları dar çərçivədə - üç qrupda müəyyənləşdirilirdisə, yeni layihədə əlillik dərəcəsinin faizlə qiymətləndirilməsi nəzərdə tutulur.

Yeni layihə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən hazırlanıb. Burada ən yaxşı beynəlxalq  təcrübə öyrənilib. Həmçinin, bu, 120 vərəqlikdir, kifayət qədər meyarları əhatə edir. Əlillik meyarları sahəsində islahatlara uzun müddət tələb olunur.

Bir ildən çoxdur ki, bu proses gedir. Çətinlik odur ki, bütün qanunvericilik dəyişilməlidir. Artıq layihə Nazirlər Kabinetinə təqdim edilib. Yaxın aylarda ölkə rəhbərliyi tərəfindən təsdiq olunsa, Milli Məclisə təqdim ediləcək. Növbəti ildən artıq yeni meyarlar tətbiq olunacaq”.

Nazirlik rəsmisi sosial şəbəkələrdə əlilliyin təyinatı ilə bağlı şikayətlərə də aydınlıq gətirib. O bildirib ki, indiyə qədər əlillik təyinatları hazırkı qanuna əsasən müəyyənləşdirilirdi:

“Yaranan narazılıqlar əlilliyin müəyyən olunmasında meyarların köhnəliyindən irəli gəlir. Bu qanun təkmil olmadığından qeyd olunan narazılıqlar ortaya çıxırdı. Bütün nazalıqlar Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən diqqətdə saxlanılır. Xüsusilə də qazilərimizin əlilliyinin sürətlə və operativ şəkildə müəyyənləşdirilməsi sahəsində nazirlik tərəfindən iş aparılır. Bununla bağlı Nazirlər Kabinetinin 13 yanvar tarixli qərarı ilə xüsusi komissiya yaradılıb və Əmək və əhalinin sosial müdafiəsi naziri bu komissiyaya sədr təyin edilib”.

Nazirlik rəsmisi vurğulayıb ki, hazırkı qanunvericiliklə ayağın dizdən aşağı amputasiyası zamanı şəxsə 3-cü dərəcə əlillik,  hər iki ayağın amputasiyası zamanı 1-ci  dərəcə əlillik, dizdən yuxarı amputasiya olarsa, ikinci dərəcəli əlillik müəyyən edilir:

“Yeni meyarlarla təyinat isə orqanizmin funksiyalarının itirilməsi ilə müəyyənləşdiriləcək. Məsələn, birinci qrup əlilliyə orqanizmin funskiyalarının 80 faiz itirilməsi uyğun olacaq”.

Nazirliyin şöbə müdiri indiyədək 105-dən çox Vətən Müharibəsi qazisinə əlillik təyinatı verildiyini deyib:

“Hərbçilərin əlilliyinin təmin olunması üçün ilk növbədə ordudan tərxis olunmalıdırlar. Əliliyinin müharibə ilə bağlı olması müəyyənləşdirilməlidir. Bu isə Müdafiə Nazirliyinin Tibb İdarəsi tərəfindən xəstəlik haqqında şəhadətnamədə müəyyənləşir.

Artıq 8500-dən çox qazi evində müayinə olunub. 300-dən çox qazi barədə protokol tərtib edilib. 105-dən çox qaziyə isə əlillik təyinatı aparılıb”. //qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ağdamın bu kəndi yenidən qurulacaq

Prezidentlər Cıdır düzündə olub (YENİLƏNİB)

Putin Çin investorlarına üstünlüklər və texnoloji bazaya çıxış vəd etdi

Komitə "çörəkpulu"nun kəsilməsi məsələsinə aydınlıq gətirdi

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb

İxtisas seçməmişdən əvvəl mütləq layihə idarə edilməsi ilə tanış olun

3 şirkət "PMD Group" MMC-yə qoşulub

"GreenAgroHack" startap müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Ödənişli yola nə üçün hibrid giriş yoxdur? - AÇIQLAMA

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Sabahın hava proqnozu

Universitetlərin köçürülməsi gündəmdədir? - AÇIQLAMA

14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir

Kiyevdə elektrik enerjisi sutkada cəmi 4 saat veriləcək

Azərbaycanda "yaşıl istiqrazlar"ın tənzimləmə çərçivəsi hazırlanır

Qazaxda iki nəfəri qanunsuz işlədən şirkət 20 min manat cərimələnib

Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək?

Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama

Azərbaycanda 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Yük avtomobili istehsalı 75 %-dən çox artıb

Benzinlə işləyən avtomobilə dizel, dizellə işləyənə benzin töksək, nə olar?

Bloklanmış IMEI kodlarla şəbəkəyə qoşulma cəhdlərinin sayı açıqlandı

Bu ilin 4 ayında DSMF-nin xərcləri 13,3% artıb

“Kapital Bank”a müraciətlərin 70 %-i müştərilərin xeyrinə həll edilib

Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Azərbaycanın İrandakı səfirliyi ilə bağlı yeni qərar

Ölkədə benzin istehsalı artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin