BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
7232

“Sobsan” boya fabrikində ötən il baş verən yanğın zamanı yanan evin sahibi kompensasiya ala bilmədiyini deyir.

Valyuta.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən Məhyəddin Alməmmədov bildirib ki, 2020-ci il iyulun 5-də “Sobsan” boya fabrikindəki güclü yanğın vaxtı onun həyətində tikdiyi ev və içindəki əşyalar tam yanıb: “Yanğından bir neçə ay əvvəl oğlum evlənirdi, karantinə görə toy edə bilmədik. Oğlum üçün taxta lövhələrdən 60 kvadratmetrlik ev tikdim, suvağını, “oboy”unu çəkdim, içinə də gəlinimin cehizlərini yığdım. Kürəkənim də hərbçi olduğuna görə qızımla başqa şəhərdə kirayə qalırdı. Qızımın da cehizlərini ora yığmışdım. Yanğında həmin tikili də, bütün əşyalar da yanıb məhv oldu. 

Əşyaların qiyməti təxminən 62 min manat idi, evin tikintisinə də 30 min manat xərcim çıxmışdı. Yanğında həyətimdəki 33 ağacdan 23-ü məhv oldu, 8 min manat ziyan dəydi. Buna görə də “Sobsan”dan 100 min manat təzminat tələb edirəm”.

İstintaq materiallarında isə qeyd edilib ki, Alməmmədov Məhyəddin Alməmməd oğlunun yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə olan 51 adda əşyalara dəymiş ziyan 14 081 manatdır. Digər 26 adda əşyanın markası, göstəriciləri və.s aydın olmadığından qiymətləndirmə aparmaq mümkün olmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib akt və ona əlavə edilmiş cədvəldə vətəndaş tərəfindən əkilmiş 14 ədəd ağacların (2 ədəd üzüm tənəyi) yanaraq məhv olması nəticəsində təbiətə dəymiş ziyanın məbləği 3540 manat göstərilib. Həyətdə olan yarımtikiliylə bağlı ilə 5600 manat təzminat müəyyən edilib.

M.Alməmmədovun iddiasına görə, yanğından sonra “Sobsan”ın meneceri Qəhrəman adlı şəxs ondan heç yerə şikayət etməməsini xahiş edib: “Mən də razılaşdım, dedim qonşuyuq, həm də onun da fabriki yanıb. Onlar isə mənim sadəlövhlüyümdən istifadə etdilər. 23 ağac əvəzində 14 ağacın məhv olduğunu yazıblar. Ekspertlər heç həyətə gəlmədən qiymət çıxarıblar ki, guya mənə cəmi 23 min manat ziyan dəyib. Artıq aylar keçir, yanğında maşını yanan, evinə zərər dəyən hər kəsin ödənişi verilib, amma mənə dəyən ziyana görə təzminat verilmir”.

İstintaq materiallarına bildirilir ki, ekspertiza rəyində göstərilən maddi ziyanın məbləği ilə zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş maddi ziyanın məbləği arasında ziddiyət olduğu üçün, ekspertin öz sahəsi üzrə ixtisaslaşmasını, cinayət prossesində marağı olmadan, tərtib etdiyi rəydə materialları, əmlakı, onların ölçü vahidini, miqdarını, məbləğini daha dəqiq göstərdiyini nəzərə alaraq hadisə nəticəsində əmtəə üzrə dəymiş maddi ziyanın məbləği məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində olduğu kimi qəbul edilməlidir.

Vətəndaşın iddiaları ilə bağlı “Sobsan”ın hüquqşünası Pərviz Hüseynov sayta açıqlama verib. Bildirib ki, baş vermiş yanğın hadisəsi ilə bağlı bütün halları obyektiv araşdıran səlahiyyətli orqanlar var: "Qeyd etdiyiniz məsələ ilə bağlı səlahiyyətli orqanların yerinə nə bizim, nə digər şəxslərin halları müəyyənetmə və qərarvermə səlahiyyəti yoxdur. Dəymiş ziyan səlahiyyətli orqanların çıxardıqları aktlar əsasında müəyyən olunub".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin