BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
43493

Sosial güzəştlərin artırılması ölkəmizin iqtisadi inkişafı ilə tandem təşkil edən vergi qanunvericiliyində aparılan təkmilləşdirmələrin əsas istiqamətlərindən biridir.

Dövlət Vergi Xidmətindən Valyuta.Az-a bildirilib ki, Vergi Məcəlləsində dəyişiklik edilərkən təhsil, səhiyyə, idman, mədəniyyət və incəsənət kimi sahələrin inkişafını stimullaşdırmağa təkan verən məqamlar diqqətdə saxlanılır. Xüsusilə idman sahəsində son dövrlərdə müşahidə edilən dinamik inkişaf bu sahədə vergi güzəştlərinin tətbiqi ilə bağlı təklifləri gündəmə gətirib. Belə güzəştlər vergi qanunvericiliyində yer alırdı və bu ildən etibarən onların səmərəliliyi daha da artırılıb.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, vergiödəyicisinin illik mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsi bu ildən 10 faizdən 15 faizə qaldırılıb. Bu dəyişiklik, müəssisələrin sosial-korporativ məsuliyyətindən irəli gələn maliyyə dəstək proqramının daha effektiv həyata keçirilməsi məqsədinə xidmət edir.

Beləliklə, artıq müəssisələr mənfəətinin daha çox hissəsini vergi ödəmədən sosial istiqamətlərə maliyyə dəstəyi kimi yönəldə biləcəklər. Məsələn, müəssisənin illik mənfəəti 100 min manatdırsa, dəyişikliyə qədər bunun 10 min manatı vergidən azad olmaqla bir idman klubuna ianə edə bilinirdisə, dəyişiklikdən sonra bu limit 15 min manata qaldırılıb.

Eyni zamanda, nəzərə alınmalıdır ki, güzəşt yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir. Vergiödəyicisi bu kimi xərcləri nağd qaydada çəkərsə, o zaman güzəşt hüququnu itirəcək. Həmçinin mövcud güzəşt dövlətin adından yaradılan publik hüquqi şəxslərə şamil edilmir.

Ümumilikdə, bu güzəşt 2019-cu ilin yanvar ayından etibarən tətbiq edilir, yəni artıq 5 ildir mövcuddur. İlkin mərhələdə güzəşt elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlara köçürülən ianələrə şamil edilirdisə, daha sonra güzəştin tətbiq dairəsi genişləndirilərək 2021-ci ildən etibarən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara edilən ianələrə də aid edilib. Hazırda, fərmanla təsdiq edilmiş siyahıda 3 fond nəzərdə tutulur: “Heydər Əliyev Fondu”, “Qarabağ Dirçəliş Fondu” və “YAŞAT” Fondu.
Ötən ilə qədər sözügedən güzəşt dövlət müəssisələri tərəfindən edilən yardımlara aid edilmirdisə, 2023-cü il yanvarın 1-dən paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə də şamil edilir.

Bundan əlavə, qüvvədə olan qanunvericiliyə əsasən, təkcə idman klubları deyil, idmançılar da vergi güzəştlərindən yararlana bilirlər. Belə ki, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən verilən mükafatların tam dəyəri gəlir vergisindən azad edilib. Ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50.000 manatadək olan hissəsi də gəlir vergisindən azaddır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin