BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
39044

Bəzi sahibkarlar bayram və qeyri-iş günlərində və ya iş günlərində işçiləri əlavə saatlarla işlədirlər. 

Bu isə işçilərin narazılığına səbəb olur. Bu halda həmin işçilərin hansı hüquqları yaranır? Onlar bununla bağlı nə edə bilərlər?

Bununla bağlı Valyuta.az-a açıqlama verən əkrəm Həsənov bildirib ki, işçi birinci işəgötürənə müraciət edib bayram günlərində əlavə işləmək istəmədiyini bildirə bilər:

“Lakin çox vaxt işçilər bunu etmirlər, çünki işlərini itirməkdən qorxurlar. Qeyri-iş günlərində işçini işlətmək yalnız o şərtlə ola bilər ki, bununlıa bağlı işçinin razılığı olmalıdır və ona bu günlərin əvəzinə iki qat əmək haqqı verilməlidir”. 

Hüquqşünas deyib ki, əgər sahibkar işçinin etirazına məhəl qoymazsa, bu halda o, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə şikayət edə bilər və ya məhkəməyə müraciət edə bilər:

“Amma bu məsələlərlə bağlı məhkəmə daha uzun yoldur. Lakin nazirliyə müraciət edilsə, onlar bu işə baxıb, işəgötürəni cərimələyə bilər. Lakin işəgötürən isə işçiyə şikayət etdiyi üçün heç nə edə bilməz”. 

Əkrəm Həsənov deyib ki, işçinin burda qorxmasının başqa nüansları var:

Böyük ehtimalla işəgötürənlər işçiləri müddətli əmək müqaviləsi ilə işə götürürlər. Müqaviləni 6 aylıq, 1 illik bağlayırlar. Buna görə o istədiyi vaxt işçi ilə bağladığı müqaviləyə xitam verə  bilər. Yəni işəgötürən qanunu pozmadan belə onu işdən azad edə bilər. Adətən belə ticarət mərkəzlərində müqavilələr müddətli bağlanır. Elə buna görə də əksər hallarda işçilər buna görə şikayət etməkdən çəkinir. 

Təəssüf ki, qanunvericilik işəgötürənlərə yerli-yersiz müddətli müqavilə bağlamağa imkan verir. Lakin müqavilə o zaman müddətli ola bilər ki,  işin icraatının özü müddətli olsun. Məsələn, işçi lazım olur beş aylıq, bir illik, bunu da sahibkar əsaslandıra bilir. Bizdə isə hansı şirkətə baxırsan əksəriyyəti elə müddəli müqavilə bağlayır”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin