BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
38026

Ağstafada 5 dekabr – Beynəlxalq Könüllülər Günü qeyd olunub.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçirilən tədbirdə Seymur Orucov, müavinləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin məsul şəxsləri, müxtəlif layihələrdə uğurla iştirak edən gənc könüllülər, rayon ictimayiətinin nümayəndələri iştirak ediblər. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükut elan edilib.

Tədbiri giriş sözü ilə açan RİH başçısı müasir müstəqil Azərbaycanda könüllülük hərəkatının inkişafı məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasını vurğulayaraq bildirib ki, Ulu Öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişafı məqsədilə dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq daim diqqət mərkəzində saxlanılıb, könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib. Ölkəmizdə Ulu Öndərin hakimiyyəti dövründən başlayan könüllülük hərəkatı, Prezident İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban Əliyevanın bu sahəyə yüksək diqqət, qayğısı və fəal dəstəyi ilə bügünkü yüksək inkişaf səviyyəsinə çatmışdır. Gənc könüllülər potensiallarından maksimum istifadə edilməklə bütün sahələrə, o cümlədən dövlət təşkilatlarına cəlb olunaraq fəaliyyət göstərir, önə çəkilir, zəruri bilik və bacarıqlara, vərdişlərə yiyələnir, intellektual səviyyələri, dünya görüşləri artırılır, nəticədə ölkəmiz üçün layiqli vətəndaş kimi yetişirlər. 

Digər çıxışçılar, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, gənc könüllülər, Ayşə Qasımova, Turxan Əliyev, Nəsib Səmədov, Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Şəfəq Heydərli də cəmiyyətimizdə könüllülük hərəkatının vacib əhəmiyyətindən və dövlətimiz tərəfindən bu sahəyə göstərilən yüksək diqqətdən bəhs ediblər. Tədbirdə RİH başçısı Seymur Orucov Ağstafanın ictimai-siyasi həyatında fərqləndiklərinə görə rayon ictimayiətinin fəal nümayəndələri, Salahova Vüsalə Şirzad qızı, Heydərli Şəfəq Nazim qızı və İmamverdiyeva Nuriyyə Elman qızını Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyələri ilə təltif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb - Qardaşının payı azalıb

Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir

Nəsli kəsilmiş quşun bir lələyi 48 min manata satıldı

"Mall"larda parkinq qiyməti qalxdı

Bakıda daha bir məşhur restoran sökülür - VİDEO

Firdovsi Məmmədov icraçı direktor təyin olundu

Universitet müəllimləri də MİQ imtahanı verəcək?

Azərbaycanda ən dərin zəlzələlər bu ərazidə baş verir

Nizami rayonunun icra başçısına yeni müavin təyin olundu - FOTO

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

"WhatsApp"da yeni dövr - İstifadəçilər telefon nömrəsi paylaşmadan yazışa biləcək

Bu ölkədən Azərbaycana 409 manata at gətirilir

Dərmanlarla bağlı yeni QƏRAR

Səs-küy salan qonşuları hansı cəza gözləyir?

"Meta" atom elektrik stansiyasının fəaliyyətini dəstəkləyəcək

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi

Şifahi tərcümənin görünməyən məqamları

Yasamalda yerləşən uşaq bağçası satışa çıxarılıb - QİYMƏT

Neftin qiyməti 70 dollara yaxınlaşır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Avro və rubl dəyər itirir - Yeni məzənnə

Kriptovalyuta bazarı dəyərlənərkən, "Solana" geriləyir

Onlayn satışda müştəri tapmaq üçün 7 effektiv strategiya - SƏHƏR OXUSU

Şimali Koreyadan gizli çıxarılan telefon hər kəsi heyrətləndirdi - Avtomatik senzura sistemi...

Bu şirkətin qanuni təmsilçisi ölkədən çıxa bilmir

Arzuya gedən yol: "Real"da çalışmaq üçün mənzilini satan qazax qızın hekayəsi -MÜSAHİBƏ

Rahatlığınızı pozsa da, sizi uğurlu edəcək 10 vərdiş

10 manatlıq şirkətin vergi borcu var - Sahibkarın ölkədən çıxışına stop qoyula bilər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin