BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
30317

Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən, bu il ərzaq məhsulları 15 faiz bahalaşıb. 

2023-cü ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 112,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 faiz təşkil edib.

Təkcə iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 97,9 faiz, əvvəlki ilin iyun ayına nisbətən 111,5 faiz təşkil edib. 

Bəs bahalaşmanın səbəbləri nədir və artım davam edəcəkmi?

Valyuta.az məsələni İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli ilə müzakirə edib. 

Eyyub Kərimli bildirib ki, 2022-ci ildə dünyada böyük infilyasiya və qiymət artımı bu ilə də təsir göstərib:

“Bizdə əsas qiymət artımı həm idxal infilyasiyası, mal və xidmətlərin qiymət artımı ilə əlaqədardır. Bu baxımdan da infilyasiya hələ davam edir”. 

İqtisadçı qeyd edib ki, Mərkəzi Bank tərəfindən bu rəqəm 8-9 faiz arasında proqnozlaşdırılır:

"Hətta prezident İlham Əliyev də çıxışı zamanı vurğulayıb ki, infilyasiya ilin sonunda bir rəqəmli ədədlərə düşməlidir".

Eyyub Kərimli vurğulayıb ki, bəzi məhsulların mövsümlə əlaqəli olaraq qiymət artımı müşahidə olunsa da, artıq qiymət artımı səngiyir:
 
“Bu, mövsümlə bağlı olaraq əsasən meyvə-tərəvəzin qiymətlərində ucuzlaşma müşahidə olunur. Hesab edirəm ki, növbəti aylarda qiymət artımı səngiyəcək, infilyasiya bir rəqəmli həddə düşəcək”. 

Ekspertin sözlərinə görə, bunun da müxtəlif səbəbləri var:

“Məsələn, dünyada artıq infilyasiya prosesləri səngiyir. Bildiyimiz kimi, ölkəmiz idxaldan asılıdır. Hazırda dünyada taxılın, bitki yağlarının qiymətində biz ucuzlaşma müşahidə edirik. Bu da dünya miqyasında da qiymət artımının qarşısını alır. Ona görə düşünürəm ki, bu prosesin həm də Azərbyacana təsiri olacaq. Növbəti aylarda qiymətlərin sabitləşməsini müşahidə edəcəyik”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin