Gələcəkdə qadınların pensiya yaşını 60-a endirmək olar - Deputatdan təklif
Milli Məclisin deputatı Vüqar Bayramov qadınların pensiya yaşının 63,5-ə qədər uzadılması ilə bağlı parlamentin qərarını şərh edərkən onlar üçün pensiya yaşının 63-də saxlanılmasını təklif edib: “Düşünürəm ki, qadınların pensiya yaşının 63-də saxlanılması daha məqsədəuyğundur”.
Valyuta.az-a açıqlama verən deputat Ceyhun Məmmədovun fikrincə, xanımların pensiyaya çıxması üçün 60 yaş daha məqbuldur:
“Qadınlar üçün pensiya yaşının 63-də saxlanılması daha məqsədəuyğundur. Hətta düşünürəm ki, gələcəkdə qadınların pensiya yaşının daha aşağı salınması barədə düşünməliyik. Gələcəkdə qadınlar üçün pensiya yaşı dövlətin imkanları nəzərə alınaraq, 60-a endiriliməlidir. Çünki Azərbaycanın bu günki reallığında qadınların həmin yaşda işləməkdə çətinlik çəkdiklərini görürük. Bu baxımdan indiki halda mövcud 63 yaşın artırılmamasına çalışmalıyıq”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay