BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
25402

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə icra edilən 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində cari ilin noyabr ayında ölkə üzrə müxtəlif məzmunlu tədbirlər həyata keçirilib.

Belə ki, 14-15 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində yeniyetmələrin internet platformasından və sosial şəbəkələrdən düzgün istifadə bacarıqlarını inkişaf etdirmək, onları uşaq hüquqları haqqında məlumatlandırmaq məqsədilə “Rəqəmsal bacarıqlar və uşaq hüquqları” mövzusunda təlim təşkil edilib.

Beynəlxalq və yerli mütəxəssislər tərəfindən keçilən təlimdə 14-18 yaşarası iştirakçılar psixi sağlamlıq, kiber təhlükəsizlik, həyati bacarıqlar, uşaq hüquqları, sosial mediadan düzgün istifadə, şəxsi brendin yaradılması, hədəf kütlə, texniki göstəricilər, hekayə yaratma və digər mövzularda təlimləndirilib, həmçinin qruplara ayrılaraq tapşırıqlar əsasında hazırladıqları təqdimatları nümayiş etdiriblər. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Tədbirlər çərçivəsində noyabrın 16-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə əməkdaşlıq əsasında “Hüquqlarımız üçün oynayırıq” şüarı ilə həssas kateqoriyadan olan 11-13 yaşarası  uşaqlar üçün  futbol idman növü üzrə tədbir keçirilib. İlk olaraq Bakı Olimpiya Stadionuna tanışlıq səfəri edən uşaqlar futbolçularla görüşdə iştirak edib, onları maraqlandıran suallara futbolçulardan cavab alıblar. 

Şərti olaraq “Uşaqlar vəzifə başında” adlandırılan tədbir həssas kateqoriyalardan olan bir qrup uşağın müxtəlif qurumlara səfərinin, rəhbər şəxslərlə görüş və birgə fəaliyyətlərinin təşkilinə yönəlmişdi. Uşaqların erkən yaşlardan səlahiyyətləndirilməsinə, onlarda özünəinam hissinin artırılmasına, həmçinin sosiallaşmalarına dəstək məqsədi daşıyan tədbir Medianın İnkişafı Agentliyi, Ombudsman Aparatı, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyi və Şamaxı Rayon İcra Hakimiyyətində təşkil edilən maraqlı görüşlərlə yadda qalıb. Görüşlər zamanı uşaqlar qurumun fəaliyyəti barədə geniş məlumatlandırılmış, struktur bölmələrin iş prosesi ilə tanış olmuş, eləcə də rəhbər şəxslərlə idarəetmə prosesində fəal iştirak edərək, müxtəlif məsələlərlə bağlı maraqlı təkliflər səsləndirmişlər.

Genişmiqyaslı kampaniyanın fəaliyyətləri əsasında Bakı və regionlarda - Qazax, Ağstafa, Tovuz, Şəmkir, Tərtər, Bərdə, Yevlax, Ağcabədi rayonlarında məktəblilər üçün uşaq hüquqları ilə bağlı məlumatlandırıcı seminarlar təşkil olunub, maarifləndirici materiallar paylanılıb. Seminarlar “Regional İnkişaf” İctimai Birliyinin mövzu üzrə xüsusi təlimlərdən keçmiş könüllüləri tərəfindən aparılıb və fərqli yaş qruplarından 500-dən çox şagirdi əhatə edib.

100-dən çox uşağın iştirakı ilə noyabrın 19-da “Hüquqlara doğru irəlilə” şüarı altında paytaxtın Gənclik parkında marafon-yürüş təşkil olunub. Dairəvi trayektoriya üzrə marafon-yürüşü başa vuran uşaqlar uşaq hüquqları mövzusunda interaktiv və öyrədici oyunlara qatılıb, əyləncəli fəaliyyətlərdə iştirak ediblər.

Həmçinin Ümumdünya Uşaq Hüquqları Gününün əhəmiyyətini ictimaiyyətin diqqətinə çatdırmaq üçün uşaq hüquqlarının ən vacib komponentlərini özündə əks etdirən animasiyalı elektron poster hazırlanaraq Bakı şəhərinin  mərkəzi küçələrində yerləşdirilib.

Uşaq hüquqlarına simvolik dəstək ifadə etmək məqsədilə noyabrın 20-si axşam saatlarında Bakı şəhərinin görünüşünə xüsusi gözəllik qatan Bakı Kristal Zalı və Milli Gimnastika Arenasının mavi rəngdə işıqlandırılması sakinlər tərəfindən maraqla qarşılanan tədbirlərdən olub.

Qeyd edək ki,  kampaniya uşaqları öz hüquqları barədə maarifləndirmək və ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədi daşıyırdı. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Duma xüsusi hesablarda “xarici agent” müəlliflərinə ödənişləri dondurmağı planlaşdırır

“İstanbul Aptek”də əczaçılıq tələblərini pozan mallar satılıb?

Müdafiə tərəfi “yengəc kralı” Kanın hökmündən apellyasiya şikayəti verdi

Qaradağ Şüşə Zavodu gömrük qaydalarını pozub?

Aİ Rusiya təyyarələrinin uçuşlarına qarşı sanksiyaları sərtləşdirəcək - "Reuters"

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi

Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu ®

Bakıda fantastik qiymətə ev kirayə verilir (FOTO)

Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin