BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
15220

"Bu tipli cinayət işlərində dəyən zərərin ödənilməsi məsələsi varsa, bunu nəzərə alaraq müəyyən mənada minimal cəza təyin edilə bilər”.

Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Ələsgər Əhmədoğlu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli və digərlərilə bağlı cinayət işinin istintaqının yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi fonunda sözügedən şəxsə neçə il iş düşəcəyilə bağlı sualı cavablandırarkən deyib. 

Həmsöhbətimiz düşünür ki, dəyən zərər ödənilibsə, hökm oxunarkən bunlar nəzərə alınacaq: 

“Ona qarşı müəyyən edilən 4 maddənin hər birində konkret olaraq minimal və maksimal cəza müddətləri müəyyən olunub. İstintaqın gedişində nələrin olduğunu bilmirəm. Amma hər halda bu tipli cinayət işlərində dəyən zərərin ödənilməsi məsələsi varsa, bunu nəzərə alaraq müəyyən mənada minimal cəza təyin edirlər. Mənimsəmə, qeyri-qanuni leqallaşdırma, vəzifə səlahiyyətindən sui-istifadə və saxtakarlıq bilavasitə vəzifəli şəxslərin sui-istifadə əməllərindən doğan cinayət əməlləridir. 4 maddə üzrə cinayət işinin açılması heç də avtomatik olaraq hamısının üst-üstə hesablanması anlamına gəlməməlidir”. 

Onun sözlərinə görə, adətən ən ağır cəza olan maddədəki cəza üzərində müəyyən hesablama aparılır: 

“Ona görə yəqin ki, Vüqar Səfərliyə çox yüksək cəza verilmədən proses yekunlaşacaq. Amma məhkəmə onu bütün suçlandırılan maddələr üzrə təqsirli hesab etsə, bu halda 4 maddə olduğu üçün çox aşağı çərçivə də müəyyən olunmayacaq.  Bütün hallarda cəza təyin edilərkən yəqin ki, dəyən zərərin ödənilməsi və durumu nəzərə alınacaq”. 

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidməti ləğv edilmiş KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqının yekunlaşdırıldığını bildirib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin