BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
14775

Toyların keçirilməsi ilə bağlı qərar birmənalı qarşılanmadı. Cəmiyyətin müəyyən hissəsi toy və nişan mərasimlərinin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılmasına alqışlasa da, bəziləri adam sayının az olmasından gileyləndi.

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı, yazıçı Aqil Abbas insanların bu gileyinin başa düşülən olduğunu deyib.

Onun fikrincə, adam sayına qoyulan məhdudiyyət zaman keçdikcə tədricən aradan qalxacaq:

“Hər kəs istəyir ki, toyu şux keçsin, şənlik olsun, qohumunu, dostlarını bir araya yığa bilsin. Çünki toy hər həftədə bir dəfə olmur, insanın ömründə bir dəfə olan şeydir. Kimsə övladına toy edirsə, yaxınlarının hamısını ətrafında görmək istəyir. Yaxud da toyu olan gənc istəyir ki, 30 dostu, tanışı, tələbə yoldaşı, bir yerdə böyüdüyü məhlə uşağı onun toyunda iştirak etsin. İnsanlar bunları düşünüb 150 nəfərlik toylarda giley edirlər. Amma bir az səbr etmək lazımdır, müvəqqətidir, bu da bitəcək. Hər halda toylara icazə verilməsi özü böyük bir hadisədir. Birdən-birə hər şeyə icazə vermək olmaz, hamısı yavaş-yavaş olmalıdır. Mən insanları yaxşı başa düşürəm, onlar istəyir ki, həyatlarında bir dəfə olan məclisə dostu, tanışı, kəndçisi yığılsın. 150 adam  nədir ki? Çox azdır.  Allah qoysa, bu da keçər və toylar əvvəlki qaydada keçirilməyə başlayar”.

Deputat qadağa aradan qalxdıqdan sonra bəzi şadlıq saraylarının qiymətləri artırmasına da münasibət bildirib:

“Mən düşünmürəm ki, şadlıq evləri qiymətləri çox qaldırıb. Özüm siyahıya, qiymətlərə baxdım. Çoxsunda əvvəllər olan qiymətlərdir - 50, 60, 40 manat. Sadəcə baxır sənin harda toy etmək istəməyinə, hər bir yerin öz prestiji, öz qiyməti var. Toy etmək istəyənlər axtarsalar büdcələrinə uyğun, münasib yer tapa bilərlər. Düzdür, bəzi şadlıq evlərində müəyyən qədər artım var, amma o qədər də gözə çarpmır. Mən toylara çox gedən adamam, elə yerlər var ki, bir stolun qiyməti 100 manat, hətta daha artıqdır. Gərək şadlıq evləri də insanları nəzərə alsın, ola bilər ki, iki ilə yaxındır işləmirlər və bu qiymət artımı onunla əlaqədardır”. 

Deputat düşünür ki, əksinə qiymətləri artırmaq əvəzinə endirimlər etməlidirlər:

“Şadlıq evlərində olan ən pis qayda odur ki, onlar müəyyən menyu tətbiq edir və toy yiyəsinin istəmədiyi yeməklər olsa da onu siyahıdan çıxarmır. Bəzi yeməklər var ki, toy edənlər süfrəsində onları görmək istəmir, artıqdır, yeyilmir, qalır və israf olur. Lakin toyxanalar buna razı olmur, menyudan onları silmir ki, stol daha dbdəbəli görünsün. Bu məsələ həll olunsa, qiymətlər yəqin ki, xeyli ucuzlaşar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin