BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
42251

Gilas bağlarına yatırılan vəsaiti, ölkə iqtisadiyyatına gətirdiyi gəliri və artan ixrac imkanlarını nəzərə aldıqda, gilas bağlarının müxtəlif risklərdən sığortalanması çox vacibdir.

Valyuta.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan və 41 bitkini əhatə edən aqrar sığorta vasitəsilə gilas bağlarını da sığortalamaq mümkündür.

Gilas təbiət hadisələrinə və ətraf təsirlərə həssas bitki olduğuna görə, onun sığortalanması xüsusilə vacibdir. Aqrar sığorta mexanizmi vasitəsilə gilas bağını müxtəlif risklərdən – dolu, sel-subasma, fırtına, qasırğa, normadan artıq yağıntı, yanğın, 3-cü şəxslərin hərəkətlərindən sığortalamaq mümkündür (baza sığorta zərfi). Sığorta tarifi və onun əsasında hesablanan sığorta haqqı isə müxtəlif regionlar üzrə fərqlidir. Burada əsas məqam hesablanan sığorta haqqının 50%-nin fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilməsidir.

Məsələn, 1000 manatlıq gilas məhsulunun baza sığorta zərfi ilə sığorta edilməsi fermerə Quba-Xaçmaz regionunda 20 manata, Dağlıq Şirvan regionunda 24 manata, Mərkəzi Aran, Lənkəran-Astara və Şirvan-Salyan regionlarında 18 manata başa gəlir. Bu rəqəm Qazax-Tovuz və Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarında 39 manat, Şəki-Zaqatalada 33 manat təşkil edir. 

Bundan başqa, əlavə ödəniş müqabilində gilas bağının meyvəsini şaxtavurma (donvurma), yağmur, doludan keyfiyyət itkisi kimi vacib risklərdən də sığortalamaq olar. Aqrar sığorta vasitəsilə gilas ağaclarını da ayrıca sığortalamaq mümkündür. Bu zaman ağac məhv olduğu təqdirdə, onun 3 illik meyvəsinin dəyəri qədər ödəniş edilir – bu sığorta üçün sığorta tarifi ölkənin bütün ərazisində 0,83% təşkil edir. 

Məsələn, ildə 50 manatlıq məhsul verən 1 gilas ağacının çoxsaylı risklərdən qorunması üçün sığorta haqqı cəmi 1,26 manat, fermerin ödədiyi məbləğ isə cəmi 0,63 manatdır.
Artıq Aqrar Sığorta Fondu gilas bağları üzrə sığorta ödənişlərinə başlayıb – 2023-cü ilin sonunda İsmayıllıda yerləşən gilas bağlarında təbiət hadisəsi nəticəsində dəyən zərərə görə 2 fermerə 42 min manat sığorta ödənişi edilib.

Qeyd edək ki, ümumilikdə 2023-cü ildə Aqrar Sığorta Fondu tərəfindən əkin sahələrinə, bağçılıq və heyvandarlıq təsərrüfatlarına dəyən zərər üzrə fermerlərə ümumilikdə 4,4 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu, 2022-ci illə müqayisədə 80 % artıqdır.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Duma xüsusi hesablarda “xarici agent” müəlliflərinə ödənişləri dondurmağı planlaşdırır

“İstanbul Aptek”də əczaçılıq tələblərini pozan mallar satılıb?

Müdafiə tərəfi “yengəc kralı” Kanın hökmündən apellyasiya şikayəti verdi

Qaradağ Şüşə Zavodu gömrük qaydalarını pozub?

Aİ Rusiya təyyarələrinin uçuşlarına qarşı sanksiyaları sərtləşdirəcək - "Reuters"

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi

Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu ®

Bakıda fantastik qiymətə ev kirayə verilir (FOTO)

Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin