BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
38550

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına (avtomobillərin icbari sığortası) xeyli müddətdir başlanılmasına baxmayaraq, müşahidələr onu göstərir ki, ictimaiyyət arasında hələ də bu sığorta növü barədə məlumatsızlıq mövcuddur. Bu da bir çox hallarda haqlı və ya haqsız olaraq sığortadan gözləntilərin özünü doğrultmamasına səbəb olur. Məlumatsızlıq nəticə olaraq ümumilikdə, sığorta anlayışına inamın azalmasına gətirib çıxarır. 

Sığorta ilə bağlı ən aktual sual isə budur: Sığorta şirkətləri hansı hallarda avtoqəzaya görə ödəniş etmirlər?   

Valyuta.az-ın Qafqazinfoya-ya istinadən məlumatına görə, qanunvericiliyə əsasən, avtomobillərin icbari sığortası avtonəqliyyat vasitələrinin ölkə ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Qəza nəticəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini özünün idarə etdiyi avtomobillə bağlı mülki məsuliyyətini sığortalamış sığortaçıdan tələb edir. 

Sığorta üzrə ekspert İlkin İbrahimov deyir ki, sığorta şirkətləri bütün hallarda zərərçəkmişə ödəniş etməlidir. Bu barədə saytımıza danışan ekspert qeyd edib ki, avtomobili içkili halda idarə edilirsə və yaxud da idarə etmək hüququ olmadan idarə olunduqda belə, yenə də qarşı tərəfə sığorta ödənişi olunur. Daha sonra bu ödəniş sığorta şirkəti tərəfindən digər şəxsdən alınır.  

Lakin burada istisnalar da var. Söhbət ondan gedir ki, sığortalı olsa belə, müəyyən hallarda zərərçəkmişə sığorta ödənişi verilməyə də bilər.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “Qafqazinfo”ya bildirilib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə baş vermiş sığorta hadisəsi zamanı yalnız o halda sığorta ödənişindən imtina edilir ki, hadisə iştirakçıları müvafiq sığorta növü üzrə sığorta şəhadətnaməsinə sahib deyil, yəni sığortalı deyil.

Bu da o deməkdir ki, avtoqəza zamanı hər iki tərəf sığortalı olmalıdır. Əks təqdirdə, zərərçəkmiş sığortalı olsa belə, ona sığorta şirkəti tərəfindən ödəniş edilmir. 

Bu isə belə fikir yürütməyə imkan verir ki, sığortalı olmaq heç də həmişə sığorta alacağımız anlamına gəlmir. Belə halda dəyən zərəri qarşı tərəf ödəməlidir. Əks təqdirdə, zərərçəkmiş məhkəməyə üz tutmalı olur.   

Assosiasiyadan vurğulanıb ki, belə hadisələr çox nadir hallarda qeydə alınır. Çünki ölkə ərazisində avtomobillərin icbari sığortası növü üzrə əhatəlilik 100 faiz həcmindədir. 

Qurumdan, həmçinin sığorta eksperti İlkin İbrahimovun fikrinə əlavə olunub ki, hadisə iştirakçısı avtonəqliyyat vasitələrini idarəetmə hüququna malik olmadığı halda və ya hadisə iştirakçısının spirtli içkinin və ya narkotik maddənin təsiri altında olduğu aşkarlanarsa, bu zaman sığorta ödənişi edilsə də, mövcud vəziyyət hadisə iştirakçısı tərəfindən qanun pozuntusu hesab olunduğu üçün həyata keçirilmiş sığorta ödənişi sığorta şirkəti tərəfindən reqres qaydada geri alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin