Sığorta şirkəti ilə işçisi arasında əmək haqqı qalmaqalı
Sığorta bazarının aparıcı şirkətlərindən olan “Azsığorta” ASC ilə keçmiş işçisi arasında qalmaqal yaranıb.
Valyuta.az xəbər verir ki, ASC-nin keçmiş işçiçisi Kərim Kərimov şirkətdən əmək haqqı tələb edir. Onun işdən çıxdıqdan sonra əmək haqqını ala bilmədyi bildirilir.
Kərim Kərimov bununla bağlı şirkəti məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsinin qərarı onu qane etməyib. Kərim Kərimov apellyasiya şikayəti verib. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışınskinin icraatındadır.
“Azsırğota” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
İddialara görə, "Azsığorta” ASC-nin qeyri-rəsmi sahibi Kəmaləddin Heydərovdur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay