BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
35883

“Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zaqatala rayonunda yerləşən tütün emalı zavodunda oktyabrın sonundan quru tütünün emalı prosesinə başlanılıb.

Valyuta.az xəbər verir ki, məhsul əsasən İtaliya şirkətlərinə ixrac olunur.

Zaqatala tütün emalı zavodu nəinki Cənubi Qafqazda, ümumiyyətlə, MDB məkanında ən müasir texnologiyalar əsasında qurulan və bənzəri olmayan emal müəssisəsidir. Zavodda ABŞ, İtaliya və Almaniya istehsalı olan ən son texnoloji avadanlıq quraşdırılıb. “Azərtütün” ASC-nin özəlləşdirilməsi üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyətinin İnvestisiya Proqramına əsasən, müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub, yeni avadanlıqlar quraşdırılıb, tütün qəbulu məntəqələrində və emal zavodunda təmir-tikinti işləri aparılıb, nəqliyyat və texnika alınıb. Müəssisənin yenidən qurulması istehsal olunan tütün məhsullarının keyfiyyətinin artmasına və ixrac imkanlarının genişlənməsinə imkan yaradıb.

ASC-nin direktoru bildirib ki, builki mövsümdə cəmiyyət tərəfindən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 620,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bunun 62,7 hektarı şirkətə aid, 557,4 hektarı isə fermerlərə məxsus sahələrdir. Təsərrüfatlarda yaş tütün yarpağının dərimi artıq yekunlaşmaq üzrədir. Mövsümün əvvəlindən indiyədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 7 min 148,3 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, indiyədək emal məntəqələrində yaşıl tütün kütləsindən 647,2 ton quru tütün istehsal olunaraq anbarlara yığılıb.

Məntəqələrdən zavoda daxil olan quru tütün emal prosesindən əvvəl növlər üzrə çeşidlənir. Sonra tütünün yarpaqları burada quraşdırılmış texnoloji avadanlıq vasitəsilə yenidən nəmləndirilir, zoğdan ayrılır, didilir, qurudulur və uzun müddət saxlanma imkanına malik xammal istehsal edilir. Xammal daha sonra karton yeşiklərə preslənərək qablaşdırılır və zavodun anbarlarına yığılır.

Şirkətin direktorunun sözlərinə görə, hazırda zavodda 2022-ci ildə cəmiyyətə məxsus tütün istehsalı və emalı məntəqələrində istehsal olunan quru tütün emal edilir. Müəssisədə gündəlik 15 ton quru tütün emal olunur. Həmin quru tütündən dekabrın ortalarınadək 470 ton hazır xammal istehsal ediləcəyi gözlənilir. Hazır məhsul İtaliya şirkətlərinə göndərilir. Tezliklə bu siyahıya Belçika şirkətləri də əlavə olunacaq. Noyabrın sonunda xammalın Avropanın digər ölkələrinə ixracı ilə bağlı danışıqlara da başlanılacaq.

Bildirilib ki, zavodda builki məhsulun emalına 2024-cü ildə başlanması nəzərdə tutulur. Cari mövsümdə məntəqələrdə istehsal olunmuş quru tütündən gələn il 700 tonadək xammalın istehsal olunacağı proqnozlaşdırılır. Hava şəraiti imkan verərsə, builki məhsulun emalı prosesinə dekabrın ikinci yarısında başlanılacaq. Havalar soyuq, şaxtalı keçərsə, zavodda quru tütünün emal prosesinə gələn ilin martında başlanması nəzərdə tutulur.

Tufan Kan bildirib ki, şirkət bu il fermerlərdən yaşıl tütünün alış qiymətini də artırıb. Belə ki, 2023-cü ildə bu göstərici I növ üzrə 36 qəpik, II növ üzrə 25 qəpik, III növ üzrə isə 20 qəpik olub. Fermerlər gələn il şirkətin tələblərinə uyğun daha keyfiyyətli məhsul istehsal edərlərsə, I növ üzrə qiymətlər yenə də artırılacaq. Yetişdirilən tütünə aqrotexniki xidmətin düzgün təşkili məhsuldarlığın yüksəldilməsinə imkan yaradır.

Hazırda zavodda 120 nəfər işçi çalışır. Məntəqələrdə çalışan mövsümü işçilərlə birlikdə şirkətdə çalışanların ümumi sayı isə 430 nəfərdir. İşçilərin orta aylıq əməkhaqqı 450-800 manat arasındadır. (Azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın ən varlı insanları hansı şəhərlərdə yaşayırlar? - Siyahı

Bu gün bu ərazilərdə qaz olmayacaq

Onlar 40 il əvvəl Azərbaycanda təhsil alıblar (FOTO)

Bazarlarda soğanın qiyməti ucuzlaşdı– Fermerlər narazıdır + Video

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

Günəşdə 10 güclü alışma baş verib

Kakaonun qiymətindəki kəskin ucuzlaşmanın səbəbi nədir?

ABŞ-dan “Huawei” şirkətinə böyük zərbə

Duma xüsusi hesablarda “xarici agent” müəlliflərinə ödənişləri dondurmağı planlaşdırır

“İstanbul Aptek”də əczaçılıq tələblərini pozan mallar satılıb?

Müdafiə tərəfi “yengəc kralı” Kanın hökmündən apellyasiya şikayəti verdi

Qaradağ Şüşə Zavodu gömrük qaydalarını pozub?

Aİ Rusiya təyyarələrinin uçuşlarına qarşı sanksiyaları sərtləşdirəcək - "Reuters"

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin