BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
21140

"Qərb sanksiyaları genişləndirməkdə davam edir. Ukraynada isə sanksiyalara adekvat olaraq müharibənin miqyası genişlənir”.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Qərbin Rusiyaya qarşı yeni sanksiyalar paketinindən danışarkən deyib.
 
Deputat bildirib ki, sanksiyalar içərsində ən çox diqqəti çəkən məqam Rusiyadan kömür ixracatının dayandırılmasıdır. 

Bu, Rusiya üçün nə deməkdir və Avropa Birliyi bu qadağanı necə kompensasiya edə biləcək? 
 
Deputat əlavə edib ki, sanskiyalar ilə bağlı qərar Avropa Komissiyasının saytında yerləşdirilib və bu da qadağaların qüvvəyə minməsi anlamına gəlir:
 
"Deməli, bu gün etibarən Avropa şirkətləri Rusiyadan kömür satın almaq müqavilələri bağlaya bilməyəcəklər. Əvvəlki dövrdə bağlanan müqavilələr isə avqustadək icra olunub başa çatmalıdır. Rusiyada kömür istehsalının son illər artımı qeydə alınırdı. 2021-ci ildə Rusiya istehsalı əvvəlki il ilə müqayisədə 7 faiz artıraraq 262 milyon tona çatdırıb. 2024-cü ilədək isə bu rəqəmi 445 milyon tona çatdırmağı hədəfləyirdi. Rusiyanın kömür ixracatından illik gəliri 12.4 milyard dollar idi. Avropa Birliyi Rusiyanın gömür ixracatının 26.3 faizini təşkil edirdi. Bu orta hesabla illik 3.5 milyard dollar Avropa Birliyindən kömür idxalına görə Rusiyaya valyuta ödənişi demək idi. Avropa Birliyinin son qərarından sonra digər alıcıların da Rusiyadan kömür idxalının azaldacağı gözlənilir. Belə ki, Rusiya kömür ixracatının 22 faizi Cənubi Koreya, Yaponiya və Tayvana ünvanlanıb ki, sözügedən ölkələr, xüsusən ilk iki dövlətin sanksiyalara qoşulacağı gözləniləndir”.

Vüqar Bayramov hesab edir ki, Rusiya Avropa Birliyinin kömür idxalının 45 faizini formalaşdırır:

"Rusiyadan ən çox kömür alan Avropa ölkəsi illik 22.3 milyon ton idxal ilə Almaniya idi. Daha sonra Niderland (15.8 milyon ton), Polşa (9.1 milyon ton) və İtaliya (5.8 milyon) Rusiyadan kömür alıcıları idilər. Kömür ixracatına müəyyənləşən qadağa Rusiya üçün valyuta gəlirlərinin azalması və məşğulluq baxımdan neqativ təsirlərə malikdir. Belə ki, Rusiya istehsal etdiyi kömürün yarıdan çoxunu ixrac edirdi. İstehsala görə dünyada Çin, Hindistan, İndoneziya, Birləşmiş Ştatlar və Avstraliyadan sonra 6-cı olan Rusiya 217 milyon ton xarici satışla ixracat həciminə görə İndoneziya və Avstraliyadan sonra ilk üçlüyə daxil idi”.

Deputatın fikirincə, kömür qadağası Rusiya üçün valyuta itkisinə səbəb olacaq:

"Digər tərəfdən isə, kömür sənayesi Rusiyada məşğulluğun təminatına xüsusi dəstək verən sahələrdəndir. İxracatın minimumlaşdırılması fonunda bu sahədə də iş yerlərinin azalacağı istisna deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin