BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
15689

İyulun 15-də SOCAR və “Technip Energies” şirkətləri arasında “Upstream Sektorunda Davamlı İstehsal üçün Əməkdaşlıq Sazişi” imzalanıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, saziş çərçivəsində dənizdə aparılan neft və qazçıxarma əməliyyatlarında enerji effektivliyinin artırılması, ümumi sahibkar xərclərinə qənaət, eləcə də karbon emissiyasının azaldılması istiqamətində dayanıqlı inkişaf imkanları araşdırılacaq. Sazişə əsasən, əlavə öhdəlik yaratmadan, dənizdə üzən külək elektrik stansiyasının tikilməsi və onun vasitəsi ilə neft-qazçıxarma əməliyyatlarının enerji ilə təchiz olunmasını nəzərdə tutan pilot layihənin ortaq şəkildə icrası imkanları da dəyərləndiriləcək.

Məlumata görə, hazırda Xəzər dənizində həyata keçirilən neft və qazçıxarma əməliyyatlarında əsasən təbii qazdan istehsal olunan elektrik enerji istifadə olunur. Texniki-iqtisadi dəyərləndirmə və pilot layihənin əsas məqsədlərindən biri Azərbaycanın neft-qaz sənayesinin alternativ enerji ilə təminat perspektivlərini müəyyən etmək, təbii qaz sərfini azaltmaq və ixrac həcmlərini artırmaqdır.

Saziş SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Technip Italy S.p.A.” şirkəti İdarə Heyətinin sədri Marco Villa tərəfindən imzalanmışdır. İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti demişdir: “Enerji effektivliyinin artırılması bir çox enerji şirkətlərinin diqqət mərkəzindədir və SOCAR-ın strateji planlarında mühüm yer tutur. Texnologiyaların inkişaf trendlərinə uyğun olaraq, biz də artıq bu sahəyə qədəm qoyuruq. Məqsədimiz xərclərini azaltmaqla enerji effektivliyini artırmaq, SOCAR-da əməliyyatların dayanıqlığını təmin etməkdir.

“Technip Energies” dayanıqlı enerji sahəsində dəyərli təcrübə qazanmış bir şirkətdir. Biz indiyə qədər digər sahələrdə səmərəli əməkdaşlıq etmişik. Bu cəhətdən Technip İtaliya şirkətinin “Azərikimya” İstehsalat Birliyində neft-kimya kompleksinin modernizasiya layihəsində uğurlu fəaliyyətini xüsusi qeyd etmək olar. Ölkəmizdə yaşıl kimya, rəqəmsallaşma və dayanıqlı enerji inkişafı kimi nisbətən yeni sahələrə maraq göstərən tərəfdaş şirkət, əminəm ki, bu sahələrdə də müvəffəqiyyət qazana bilər”.

“Technip Energies” şirkətinin əməliyyatlar üzrə baş direktoru Marko Villa deyib: “Yeni enerji mənbələrini inkişaf etdirməklə özünün dayanıqlı inkişaf məqsədlərinə sadiq olan SOCAR uzunmüddətli tərəfdaşımızdır və biz bu əməkdaşlıq ilə fəxr edirik. Əminəm ki, yeni sahədə əməkdaşlığımız aşağı karbonlu cəmiyyət hədəfinə daha tez nail olmağımıza xidmət edəcək”.

Xatırladaq ki, “Technip” şirkəti 2016-cı ildə SOCAR-ın “Azərikimya” İB-nin modernizasiya layihəsi çərçivəsində başladığı fəaliyyətini bu il uğurla tamamlamışdır. 60 ildən çox təcrübəsi olan “Technip Energies” şirkəti dünyanın 34 ölkəsində fəaliyyət göstərir. Şirkətin ümumilikdə 15 min əməkdaşı var. Şirkət LNG (mayeləşdirilmiş qaz), hidrogen istehsalı, dayanıqlı (yaşıl) kimya, bioyanacaq, dekarbonizasiya və digər sahələrdə mühəndislik və tikinti xidmətlərini həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin